Ücretsiz php script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış Hacklink satış

Alternative content

21:54 21 Oktyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan ilə Finlandiya arasında təhsil sahəsində əməkdaşlıq istiqamətləri müzakirə edilib
Azərbaycan ilə Finlandiya arasında təhsil sahəsində əməkdaşlıq istiqamətləri müzakirə edilib
ANA SƏHİFƏ / Təhsil
02:53 11.10.2018


Təhsil naziri Ceyhun Bayramovun başçılıq etdiyi nümayəndə heyəti Finlandiya Respublikasında səfərdə olub. Səfər çərçivəsində Finlandiya Respublikasının Təhsil və Mədəniyyət Nazirliyi, Dövlət Təhsil Agentliyi, Omnia Peşə Təhsil Mərkəzi və Helsinki Universitetində görüşlər keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Finlandiyanın təhsil və mədəniyyət naziri xanım Sanni Grahn-Laasonen ilə görüşdə Ceyhun Bayramov Azərbaycanda təhsil sahəsində son illərdə aparılan islahatlar haqqında məlumat verib, iki ölkə arasında mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Sanni Grahn-Laasonen Finlandiya təhsilində görülən işlərdən danışıb, yeni qüvvəyə minmiş peşə təhsili haqqında qanunu və bu sahədə həyata keçirilən yenilik və islahatları vurğulayıb.

Görüşdə, həmçinin müəllim hazırlığı, məktəblərin idarəedilməsi və məktəb rəhbərlərinin peşəkar inkişafı üzrə mümkün əməkdaşlıq istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Omnia Peşə Təhsil Mərkəzində keçirilmiş görüşdə Azərbaycan nümayəndə heyətinə mərkəzin fəaliyyəti ilə bağlı məlumat verilib, peşə təhsil proqramları və yaşlıların təhsili ilə bağlı təqdimat keçirilib. Qeyd edilib ki, 38 mindən çox təhsilalanı əhatə edən Omnia Peşə Təhsil Mərkəzi Finlandiyanın qabaqcıl və innovasiyalar tətbiq edən təhsil müəssisələrindən biridir.

Görüş zamanı peşə təhsili ixtisaslarının təsnifatı, təhsil proqramları, məzunların fərdi inkişaf proqramları və peşə təhsilinin maliyyələşmə mexanizmləri müzakirə edilib. Peşə ixtisas proqramlarının Azərbaycan təhsil sisteminə uyğunlaşdırılması və gələcəkdə tətbiqi əsas əməkdaşlıq istiqaməti kimi müəyyənləşdirilib.

Dövlət Təhsil Agentliyində (DTA) keçirilmiş görüşdə əsasən ümumi təhsilin idarəedilməsi və məzmunu, bu istiqamətdə dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi və məktəblərin muxtariyyəti məsələləri ilə bağlı Finlandiya təcrübəsi müzakirə olunub.

DTA əməkdaşlarına məktəbəqədər təhsil sahəsində həyata keçirilmiş islahatlarla bağlı məlumat verilib, məktəbəhazırlıq üzrə əhatəlilik səviyyəsinin qısa müddətdə artması diqqətə çatdırılıb.

Helsinki Universitetində keçirilmiş görüşdə isə əsas müzakirə mövzusu müəllim hazırlığı olub. Təhsil və müəllim hazırlığı sahəsində dünyanın ən qabaqcıl ali təhsil müəssisələrindən biri olan Helsinki Universitetinin təcrübəsinin öyrənilməsi tədris proqramları, müəllim hazırlığına konseptual yanaşma, tədqiqatların aparılması baxımından faydalı olub.