Ücretsiz php script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış Hacklink satış

Alternative content

21:51 21 Oktyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dünyanı heyrətə gətirən 10 səs - “Turetski xoru” Heydər Əliyev Mərkəzində çıxış edib
Dünyanı heyrətə gətirən 10 səs - “Turetski xoru” Heydər Əliyev Mərkəzində çıxış edib
ANA SƏHİFƏ / Birinci vitse-prezident
02:52 11.10.2018


Oktyabrın 10-da Rusiyanın məşhur "Turetski xoru” Heydər Əliyev Mərkəzinin səhnəsində çıxış edib. AZƏRTAC xəbər verir ki, anşlaqla keçən konserti izləyənlər arasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da olub.

Art qrup konsert proqramında repertuarında olan ən məşhur kompozisiyaları təqdim edib.

Nadir səsə, geniş vokal imkanlara, aktyor ustalığına və qeyri-adi xarizmaya sahib ifaçılardan ibarət "Turetski xoru” debütünü 1990-cı ildə edib. Qrupun yaradıcısı və bədii rəhbəri Rusiyanın xalq artisti Mixail Turetskidir. Kollektivin repertuarı sərhədsizdir, qrup dünya klassikasından rokadək, pop musiqisindən operayadək, cazdan xalq mahnılarınadək müxtəlif janrlarda ifa edir.

"Turetski xoru”nun repertuarında 10-dan çox dildə kompozisiyalar yer alıb. Bu qrupu populyarlıq rekordçusu adlandıranlar da var, çünki səhnəyə 6 min dəfədən çox çıxıb, turnelər zamanı 4,5 milyon kilometr yol qət edib. Kollektiv Rusiyanın müxtəlif şəhərlərində mütəmadi konsertlər verməklə yanaşı, tez-tez Baltikyanı ölkələrdə, Almaniya, Amerika Birləşmiş Ştatları, Kanada, İsrail və Belarusda qastrollarda olur. Qrup İspaniya, Niderland, Belçika, İsveçrə, Avstraliya, Çin və Vyetnamda da çıxış edib. Təkcə bu ilin mayında musiqi marafonu çərçivəsində 10 gün ərzində 7 ölkənin müxtəlif şəhərlərində - Paris, Lyublyana, Vyana, Berlin, Təl-Əviv, Nyu York və Minskdə konsertləri olub.

Qrupun konsert proqramları hər zaman anşlaqla keçib. 2015-ci il mayın 9-da Moskvada təqdim etdiyi "Qələbə mahnıları” adlı konsert proqramına rekord auditoriyasını - 150 min tamaşaçısını toplayıb. Kollektivin özünəməxsus xüsusiyyətlərindən biri də istənilən auditoriyanı oxuda bilmək bacarığıdır.

Fərqli dillərdə hitlər səsləndirən "Turetski xoru”nun Azərbaycan tamaşaçılarına sürprizi də oldu: qrup doğma dilimizdə Müslüm Maqomayevin məşhur "Azərbaycan” mahnısını ifa etdi.

Konsertdən sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva "Turetski xoru”nun kollektivi ilə görüşdü, onlarla xatirə şəkli çəkdirdi.