Ücretsiz php script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış Hacklink satış

Alternative content

08:55 16 Oktyabr 2018
ONLINE XƏBƏR LENTİ
02:31 16.10.2018 Bir rayonda iki mənzərə
02:27 16.10.2018 Nə yeyiriksə, oyuq
02:19 16.10.2018 Dövrün salnaməsi
02:17 16.10.2018 Vəzirzadə Nəcəf Bəy
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İnflyasiyanın səviyyəsi 2,6 faizdir
İnflyasiyanın səviyyəsi 2,6 faizdir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:50 11.10.2018


Dövlət Statistika Komitəsi cari ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri barədə məlumat yayıb. Məlumatda bildirilir ki, 9 ayda istehlak mallarının qiymətləri və xidmət tarifləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,6, o cümlədən ərzaq məhsulları 2,5, qeyri-ərzaq malları 3, əhaliyə göstərilən ödənişli xidmətlər 2,5 faiz bahalaşmışdır.

Cari ilin sentybar ayında isə avqust ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,4, qeyri-ərzaq mallarının qiymətləri 0,2, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz qalxmışdır.

Ay ərzində unun, mannı yarmasının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları, pendir və yumurtanın, kərə-zeytun və günəbaxan yağlarının, xiyarın, pomidorun, yerkökünün, kartofun, bananın qiymətlərində bahalaşma, yumru düyünün, qarabaşaq yarmasının, limonun, naringinin, almanın, armudun, narın, qarpızın, yemişin, üzümün, göyərtinin, şirin bibərin, badımcanın, göy lobyanın, soğanın qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

Ay ərzində qeyri-ərzaq mallarından parçaların, geyimin, inşaat materiallarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, ev üçün toxuculuq məmulatlarının, məişət cihazlarının, kiçik elektrik cihazlarının, oyuncaqların, kitabların, dəftərxana ləvazimatlarının, zərgərlik məmulatlarının qiymətləri bahalaşmış, müalicə ləvazimatları və cihazları, minik avtomobilləri, velosipedlər, mobil telefonlar və planşet tipli kompüterlər isə ucuzlaşmışdır. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər qeydə alınmamışdır.

Əhaliyə göstərilən ödənişli xidmətlərə gəldikdə, ötən ay avqusta nisbətən məişət cihazlarının, avtomobillərin təmiri, hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma, bərbərxana, kosmetoloji, stomatoloji, ictimai iaşə xidmətlərinin qiymətləri, mənzillərin icarə haqqı, kompüter və xarici dil kurslarında təhsil haqqı artmış, respublikadan kənara istirahət turlarının qiymətləri, dəmir yolu nəqliyyatı ilə MDB ölkələrinə, hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşmışdır. Digər ödənişli xidmətlərin qiymətləri dəyişməmişdir.