Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

09:59 15 Dekabr 2018
ONLINE XƏBƏR LENTİ
01:55 15.12.2018 TANAP
01:53 15.12.2018 Bir ildə 6 görüş
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın gələcəyi etibarlı əllərdədir
Azərbaycanın gələcəyi etibarlı əllərdədir
ANA SƏHİFƏ / CƏMİYYƏT
02:49 11.10.2018

Prezident təqaüdçüsü Ayxan DADAŞOV: "Dövlət başçısı İlham Əliyevin gənclərə qayğısı və gənclərin idarəçilik sistemində iştirakının təmin edilməsi məqsədilə həyata keçirdiyi islahatlar uğurlu nəticələr verməkdədir”

Müasir dünyada hər bir dövlətin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Təhsilin inkişafı dövlətin inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Müstəqil Azərbaycan da bu ölkələr sırasındadır. Çünki ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən islahatlar onu deməyə əsas verir ki, Azərbaycan dövləti gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir.
Ölkəmizdə heç bir dövrdə olmayan qədər məktəb binası tikilib, bir çox yeni korpuslar və modul tipli məktəblər inşa olunub. Təbii ki, bütün bunlar təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edən vacib amillərdir. Elə son illərdə ali məktəblərə qəbul planlarında artan statistik göstəricilər də bunu deməyə əsas verir.
Azərbaycan gənclərinin təhsilə, elmə olan marağı getdikcə artır, gələcək üçün potensial kadr ordusu yetişir. Onların içərisində dövlət imtahanlarında ən yüksək nəticə göstərərək maksimim bal toplayan abituriyentlər isə Prezident İlham Əliyev tərəfindən mükafatlandırılır. Bu gənclər istədikləri ali məktəbi seçərək öz istedad və bacarıqlarını həmin təhsil ocağında daha da təkmilləşdirirlər.
Bu il də dövlət başçısı sentyabr ayının 12-də 2018/2019-cu tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdünün verilməsi ilə bağlı sərəncam imzaladı.
Hazırda həmin tələbələr seçdikləri ali təhsil müəssisələrində tədrisə başlayıblar. Onların sırasında isə hələ uşaq vaxtından hüquqşünas olmağı arzulayan və hazırda Azərbaycan Diplomatik Akademiyasında (ADA) hüquqşunaslıq ixtisası üzrə təhsil alan Ayxan Dadaşov adlı istedadlı bir gənc var.
Ayxan Güləddin oğlu Dadaşov - 2001-ci ilin iyun ayının 7-də Bakı şəhərində anadan olub. 2007-ci ildə 43 saylı bağça-məktəb-lisey kompleksinin 1-ci sinfinə daxil olub və 2010-cu ildən təhsilini İlyas Əfəndiyev adına Elitar Gimnaziyada davam etdirməyə başlayıb.
Ayxan burada öz bacarığı, qabiliyyəti və nümunəvi hərəkətləri, məktəbin ictimai işlərində, xüsusi tədbirlərdə göstərdiyi fəallığı ilə diqqətləri cəlb edir. Gimnaziyada oxuduğu müddətdə diplom və təşəkkürnamələrlə təltif edilən istedadlı şagirdin təhsilə, elmə marağı getdikcə daha da artır. Ən böyük arzusu isə böyüyəndə əsl hüquqşünas kimi vətənə, dövlətə layiqincə xidmət etmək olur.
Yeddinci sinifdə oxuyarkən ingilis dilinə böyük maraq göstərən Ayxan internet vasitəsi ilə keçirilən virtual yarışmalara qatılır. 2014-cü ildə futbol üzrə dünya ulduzu, portuqaliyalı Cristiano Ronaldo tərəfindən ingilis dilində təşkil olunmuş beynəlxalq "Viva Ronaldo” yarışmasında iştirak edir. Ayxan dünya üzrə yüz min azarkeşin qatıldığı yarışmada birinci olur. Yarışmanın şərtlərinə uyğun olaraq Ayxan viktorinanın təşkilatçılarının büdcəsi hesabına 2016-cı ildə Portuqaliyaya səfər edərək Cristiano Ronaldo ilə görüşür. Görüş zamanı Ronaldo Azərbaycanın onun üçün yad bir ölkə olmadığını deyərək 2013-cü ildə paytaxtımız Bakıda futbol üzrə milli komandamıza qarşı oyun keçirdiyini və şəhərimizi çox bəyəndiyini söyləyir.
2017-2018-ci illər isə Ayxanın həyatında ən yaddaqalan dönəm kimi silinməz iz buraxır. Çünki o, bu illərdə böyük uğurlara imza atır. Ötən il tarix fənni üzrə keçirilən Respublika Fənn Olimpiadasında II yerin qalibi kimi gümüş medala sahib çıxan Ayxan bunun ardınca bu ilin əvvəlində baş tutan respublika üzrə "Ədəbiyyat biliciləri” müsabiqəsinin də II yerinə layiq görülür.
Gümüş medallar onu daha da həvəsləndirir və qızıl medala doğru gedən yoluna işıq salır. Elə bu il Azərbaycan dili və ədəbiyyat fənni üzrə keçirilən Respublika Fənn Olimpiadalarına qatılan Ayxan istəyinə nail olur. Bu dəfə o, ən yüksək nəticə göstərir və I yeri tutaraq qızıl medala sahib çıxır. Bu, onun qazandığı ən ali mükafat olmur. Tədris ilini əla qiymətlərlə başa vuran istedadlı şagird Elitar Gimnaziyanı qızıl medalla bitirir.
Gimnaziyanı qızıl medalla bitirən Ayxanın bu medallara əbəs yerə sahib çıxmadığını hər kəsə sübut etmək zamanı yetişir. Bu il Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən III ixtisas qrupu üzrə qəbul imtahanına qatılaraq uğurlu nəticə ilə bir daha fərqlənir - 695 bal.
Bu, həqiqətən çəkilən zəhmətin bəhrəsidir. Həm valideynlərini, həm də müəllimlərini bir daha sevindirən Ayxanın uşaqlıq arzusu gerçəkləşir. Axı, hələ gimnaziyada oxuyarkən o, respublikanın tanınmış ali təhsil müəssisələrinin birində hüquqşünaslıq ixtisası üzrə təhsil alıb gələcəkdə dövlətə, dövlətçiliyə, xalqa ləyaqətlə xidmət etməyi qarşısına məqsəd qoymuşdu.
Ayxanın mübarizəsi onu məqsədinə yaxınlaşdırdı və istedadlı gənc valideynləri ilə məsləhətləşib seçim edərək qərar verdi - Azərbaycan Diplomatik Akademiyasının hüquq fakültəsi. Hazırda universitetin I kurs tələbəsi olan Ayxanın nədən məhz bu akademiyanı seçməsi və yenicə başlamış tələbəlik həyatı, ölkədə gənclər siyasətinə verilən dəyərlə bağlı fikirlərini öyrənmək üçün onun özü ilə görüşüb söhbətləşdik.
Ayxan deyir ki, istənilən sahədə uğur qazanmaq və həmin sahənin peşəkarına çevrilmək üçün ilk növbədə özünəinam hissi yüksək olmalıdır. İnsanlar istədiyi hər şeyə nail olmağa qadirdirlər. Sadəcə, həyatının hər bir anında öz arzu və istəklərinin arxasınca getməli, ciddi səy göstərməlidir.
Universitet seçiminə gəldikdə isə Ayxan bunu belə izah etdi: "May ayının 26-da Prezident İlham Əliyev ADA-da məzun günündə iştirak edərkən diqqətlə izlədim və gördüm ki, bu ali təhsil ocağında tələbə, müəllim və işçi heyətini 46 müxtəlif ölkədən olan insanlar təşkil edir. Burada 40-dan çox ölkədən 3000-dək tələbə təhsil alır ki, onlardan da 85 faizi bakalavr, 15 faizi isə magistr pilləsindədir. Bu isə universitetdə beynəlmiləl mühitin yaradılmasına böyük töhfə verir. Tələbələr bu təhsil ocağında dünyanın 60 aparıcı universiteti ilə təhsil mübadiləsi imkanlarından yararlanırlar. Cənab Prezident vurğuladı ki, doğrudan da ADA qısa müddət ərzində çox yüksək nüfuz qazanaraq ölkəmizin aparıcı ali məktəblərindən birinə çevrilib. Burada təhsil alan tələbələr gələcəkdə ölkəmizin həyatında fəal rol oynayacaq, ölkəmizin hərtərəfli inkişafına öz töhfələrini verəcəklər. Məhz bu səbəbdən də valideynlərimlə məsləhətləşib ADA-nı seçdim”.
Hazırda dərs prosesinin çox maraqlı keçdiyini söyləyən Ayxan seçimində yanılmadığını deyir. Onun sözlərinə görə, ADA-da tələbələrə verilən biliklər, təhsil ən yüksək standartlara uyğundur. Burada həmçinin vətənpərvər, bilikli və peşəkar kadr kimi yetişmək üçün hərtərəfli şərait var.
Ayxan deyir ki, bu gün müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Bütün bunlar məhz Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğı sayəsində gerçəkləşib: "Gənclik cəmiyyətin ən aparıcı qüvvəsi kimi daim axtarışda olan, yeniliyi sevən bir təbəqədir. Hər bir dövlətin əsas missiyası da gələcəyini etibar edəcəyi nəsil formalaşdırmaqdır. Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə ciddi islahatlar aparır. Gənclərin sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə fəal iştirakına əlverişli şərait yaradılır”.
Ayxanın fikrincə, savadlı gənc mütəxəssislərin hazırlanması orta məktəbdən başlayır. Azərbaycan dövləti də bu məsələyə xüsusi diqqət yetirir. Ölkədə büdcənin ən böyük hissəsi təhsil xərclərinə yönəldilir.
Son illər həm dövlət vəsaiti, həm də Heydər Əliyev Fondunun hesabına yüzlərlə məktəb tikilib və bu gün də bu proses sürətlə davam etdirilir: "Azərbaycanda bütövlükdə təhsil infrastrukturu yeniləşir. Azərbaycan gəncliyi hərtərəfli qayğı ilə əhatə olunur. Heydər Əliyev Fondu ölkədə sağlam və bilikli gənclərin yetişdirilməsi üçün möhtəşəm proqramlar həyata keçirir. Bu layihələr ilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva öz xalqına böyük mənəvi, elmi, pedaqoji, ictimai-siyasi əhəmiyyət daşıyan misilsiz xidmətlər göstərir. Həyata keçirilən tədbirlər nəticəsində gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılması sürətləndirilib, gənc nəslin ictimai-siyasi fəallığı daha da artıb”, - deyən Ayxan Dadaşov hesab edir ki, gənclərin zamanın istənilən kəsimində əsas yaradıcı və güc sahibi olduqlarından, onların düzgün istiqamətləndirilməsi ilə dövlətçiliyin gələcəyini qorumaq mümkün olur. Azərbaycan dövləti də bu təbəqəni düzgün istiqamətləndirməklə gələcəyə doğru inamla addımlayır.
Ayxan deyir ki, Prezident təqaüdçüsü olmaq onun məsuliyyətini bir qədər də artırır. Odur ki, hər zaman ona göstərilən bu etimadı doğrultmağa çalışır və bundan sonra daha əzmlə çalışacaq. Hədəfləri isə bəllidir - akademiyada əla təhsil alıb gələcəkdə həm ölkəmizdə, həm də Azərbaycanı xaricdə layiqincə təmsil edərək dövlətə, dövlətçiliyə, xalqa ləyaqətlə xidmət.
İnanırıq ki, qarşısına qoyduğu məqsədlərə çatmaq üçün daim öz üzərində çalışan Ayxan, təhsil aldığı akademiyanı bitirdikdən sonra həm ölkəmizdə, həm də xaricdə Azərbaycan adına uğurlu təmsilçiliyə imza atacaq.

Bəxtiyar ƏZİZLİ,
"Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM