Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

09:58 15 Dekabr 2018
ONLINE XƏBƏR LENTİ
01:55 15.12.2018 TANAP
01:53 15.12.2018 Bir ildə 6 görüş
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Cavidlər ocağının son yadigarı
Cavidlər ocağının son yadigarı
ANA SƏHİFƏ / Mədəniyyət
02:45 11.10.2018

Böyük Azərbaycan şairi Hüseyn Cavidin qızı Turan Cavidi ilk dəfə 1985-ci ilin may ayında Nizami adına Ədəbiyyat və İncəsənət Muzeyində görmüşəm. Hüseyn Cavidi özünün müəllimi hesab edən Əhməd Cavadın ustadı ilə bağlı xatirələrini, görüşlərini Turan xanımla bölüşmək istəyirdim. Ədəbi ictimaiyyətə yaxşı məlumdur ki, hər iki klassik şair çox yaxın dost olublar. Söhbətimiz çox səmimi və maraqlı alındı. O günü indi də böyük şükranlıqla xatırlayıram. Turan xanımın babası (ailədə Hüseyn Cavidə baba deyə müraciət edirdilər - red.) və babasının dostu Əhməd Cavadla bağlı səmimi, bir az da ürəkdağlayıcı xatirələrdən və zəmanənin haqsızlığından, məhv edilən ədiblərdən söhbət açdıqca, hərdən qara haşiyəli eynəyinin arxasından baxışları haradasa bir nöqtəyə zillənirdi. Elə bil ki, uşaqlığını, doğmalarını göz önündən keçirirdi.
Hüseyn Cavid irsinin qorunub saxlanılmasında qızı Turan Cavidin böyük əməyi olub. Təkcə Hüseyn Cavidin yox, anası Müşkinaz xanımın, qardaşı Ərtoğrulun ağlı-qaralı ömür yolunun bugünkü nəsillərə bələdçiliyində Turan xanım bir neçə alimin, ədəbiyyatşünasın görəcəyi işi təkbaşına yerinə yetirib.
Vaxtilə Turan xanımın ikiotaqlı evində bir dənə də olsun xal-xalça olmayıb. Evində uzun illər qoruyub saxladığı fotoşəkillər, ayrı-ayrı adamlardan əldə etdiyi əlyazmalar, o dövrün itib-batmaqda olan qəzet və məcmuələrindən götürülmüş şeirləri, məqalələri toplayıb səliqə ilə qoruyub saxlaması həm də ondan xəbər verirdi ki, Turan xanım mənəviyyat adamıdır.
Turan xanımın qardaşı Ərtoğrulun yaradıcılığını kirpiyi ilə od götürə-götürə toplamış və qorumuşdur. Onun gərgin zəhməti hesabına Ərtoğrul Cavidin bu günümüzə gəlib çatmış yaradıcılıq məhsulları - şeirləri, rəsmi, tərcüməsi, simfoniyası, bəstəsi, folklor yaradıcılığı və s. insanı heyrətə salır. O, sanki atasının heyfini ağrılı taleyin acığına öz coşqun və məhsuldar yaradıcılığı ilə almaq istəyib. 24 yaşlı bir gənc... möcüzəli istedad... şair, rəssam, musiqişünas, bəstəkar, folklorşünas, etnoqraf, dramaturq, ssenarist.
"Babam Hüseyn Cavid bir Günəş idi, yüksəldi, parladı, yarasaların gözünü kor etdi” - deyən Ərtoğrul da bir Günəş kimi parlamaq gücünə sahib olub, ancaq zamanın qara pəncəsi, amansız işgəncələri onu da atası kimi yarı yolda qoydu, bütün arzularını alt-üst etdi. Xalq şairi Zəlimxan Yaqub müsahibələrinin birində demişdi: "Ərtoğrul bəyin bütün yaradıcılıq məhsullarını bir kənara qoysaq, təkcə folklor araşdırıcısı kimi də ədəbiyyat tarixində qalmağa tam haqqı və hüququ olar”.
Bir ailənin faciəsini uzun illər təkbaşına yaşayan bu xanımın gəlimli-gedimli dünyadan umacağı bir şey var idisə, o da Cavidlər üçün nə isə etmək istəyi olub. Deyirlər, insanın taleyi dünyanın, dünyanın taleyi insanların taleyinə bənzəyir. Bu mənada çox susub az danışan, qayğılı görünüşlü, gözlərinin dərinliklərində əzizlərinin həsrətini, yanğısını daşıyan Turan xanım dövrün, zəmanənin həyatını yaşayıb. İkiotaqlı mənzilində sürgün olunanla sürgünə gedib, göz dustağı olanlarla həbsxana həyatını yaşayıb, xəstə və köməksiz qardaşının olum, ya ölüm qayğılarının xiffətini çəkib. Yaşadığı o faciəli repressiya illərinin əzabına dözüb, əziyyətinə tab gətirib, amma sınmayıb, zəmanənin gədaları qarşısında əyilməyib, o dövrana baş əyməyib. Ləyaqətini, mənliyini qoruyub, sabaha ümidini, inamını itirməyib.
Deyirlər ki, insan zamana qarışaraq dəyişir, dəyişməyən yalnız təsəlli, inam, ümid və səbirdir. Makedoniyalı İsgəndər atasından sonra taxta oturmuş və atasından qalma var-dövlətin çoxunu ətrafına paylamışdı. Bunu görənlər ondan heyrətlə soruşmuşlar: "Özünüzə nə qaldı?” O da cavab vermişdi ki, "Ümidlərim!”
Turan Cavidin böyüklüyü həm də ondadır ki, gələcəyə ümidini heç vaxt itirməyib. Bu ümidlə haqqın-ədalətin zəfər çalacağı, qaranlıq gecənin sabahını, İlahi bir qüvvənin nə vaxtsa Cavidlər ocağının qapısını xoş məramla açacağı günün ümidi ilə yaşayıb.
Nə xoş ki, Turan xanımın arzuları, ümidləri 1969-cu ildə xalqımızın böyük oğlu Heydər Əliyev respublikaya rəhbər seçiləndən sonra reallığa çevrildi. Şeirə, sənətə, sənətkar şəxsiyyətinə dəyər verən, Cavid sənətinə böyük maraq göstərən Heydər Əliyev ötən əsrin 70-ci illərində çıxışlarının birində Hüseyn Cavidin adını Azərbaycan ədəbiyyatı xəzinəsini zənginləşdirənlər sırasında çəkdi.
Repressiya qurbanı böyük filosof-şair, dramaturq Hüseyn Cavidin əsərləri uzun illər qadağan edilmişdi. Ancaq Heydər Əliyevin respublikaya rəhbərliyi illərində tarix hər şeyi öz yerinə qoydu. Ulu öndərin qayğısı sayəsində Turan xanımın arzuladığı - babasının halal haqqı özünə qaytarıldı. 1981-ci ildə Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında qərar qəbul edildi. Mədəniyyət və elm ocaqlarında bir sıra tədbirlər keçirildi. Hüseyn Cavidin nəşi Sibirdən öz vətəninə gətirildi.
Cavid Sibirə sürgün olunanda heç kəs onu yola salmamışdı. Nəşi Sibirdən Vətənə gətiriləndə isə Azərbaycan onun pişvazına, onu qarşılamağa çıxmışdı. Çünki bu qayıdışda Azərbaycanın Heydər Əliyev kimi dövlət xadiminin, dünya şöhrətli siyasətçinin Hüseyn Cavidə tükənməz məhəbbəti, xalq sevgisi var idi. Cavid əfəndi Naxçıvanda dəfn olunandan sonra dastanlaşdı, heykəlləşdi, türbələşdi. Heykəlinin ətrafı şeir-sənət meydanına, türbəsi əbədi ziyarətgaha döndü. Zamanın buzu sındı, haqqında qiymətli əsərlər yazıldı.
1982-ci ildə Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olandan sonra bu işlər zəiflədi. 1990-cı ilin əvvəllərində sovet hakimiyyətinin çöküşündən sonra Naxçıvana qayıdan ümummilli lider ilk növbədə Cavidin məzarı üstə getmiş və gördüklərindən heyrətə gəlmişdi. Bundan təsirlənən Heydər Əliyev keçirdiyi müşavirədə demişdir: "Fikirləşirdim ki, məqbərə yoxdursa da, heç olmasa, sənətkarın qəbrinin üstü götürülüb. Ancaq gedib oradakı vəziyyəti gördüm, təəssüfləndim, çox narahat oldum”.
Müşavirədə Heydər Əliyev Cavid məqbərəsinin, ev-muzeyinin və abidəsinin açılışını bir nömrəli vəzifə kimi əlaqədar təşkilatların üzərinə qoydu. Yalnız bundan sonra qısa bir müddət ərzində Heydər Əliyevin şəxsi nəzarəti və qayğısı ilə nəhəng işlər görülmüş və özünün müəyyənləşdirdiyi kimi, böyük şairin anadan olmasının ildönümündə - 1996-cı ilin oktyabrında Naxçıvanda gözəlliyi və əzəməti ilə seçilən Hüseyn Cavid məqbərəsinin açılışı olmuşdur. Məqbərənin təntənəli açılış mərasimində ulu öndər demişdir: "Hüseyn Cavidin bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq etməkdən ibarət olubdur. Onun bütün yaradıcılığı Azərbaycan xalqını milli azadlığa, müstəqilliyə çağırıbdır. O, həmişə öz iradəsi ilə yaşamış, öz iradəsinə, millətinə sadiq olmuşdur, millətini, xalqını həddindən artıq sevmiş və millətinə həddindən artıq xidmət edən bir insan olmuşdur”.
Bu abidələrdən biri də dahi filosof-şairin anadan olmasının 120 illik yubileyi ərəfəsində açılışında ümummilli lider Heydər Əliyevin iştirak etdiyi Hüseyn Cavidin ev-muzeyidir ki, indi ictimaiyyətin ən çox ziyarət etdiyi ünvanlardan birinə çevrilib.
İllərlə xəyallarında düzüb-qoşduğu, ürəyində arzuladığı bu əlamətdar hadisələrin, xoş anların şahidi və iştirakçısı olan Cavidlər ocağının son yadigarı Turan Cavid Rəsizadə 95 il bundan əvvəl - 1923-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1940-cı ildə 189 saylı məktəbi, 1950-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Müharibə illərində - 1942-1943-cü illərdə Azərbaycan Radio Verilişləri Komitəsində arxiv işçisi, 1943-1944-cü illərdə həmin komitədə məsul redaktor, 1944-1945-ci illərdə Nizami adına Ədəbiyyat Muzeyində kiçik elmi işçi, 1945-1949-cu illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun Teatrşünaslıq fakültəsində baş laborant, 1950-1953-cü illərdə müəllim (1983-cü ilə kimi), 1953-1967-ci illərdə C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində elmi işçi, 1968-1991-ci illərdə həmin muzeyin direktoru vəzifələrində çalışmışdır. Hüseyn Cavidin ev-muzeyi yarandığı gündən ömrünün sonuna kimi həmin muzeyə rəhbərlik etmişdir. Muzeyin yaradılmasında, eksponatların toplanıb sərgiyə hazırlanmasında, onların tədqiqi və təbliğ edilməsində çox böyük xidmətləri olmuşdur. Turan Cavidin əməyi sayəsində bu gün muzeyin əsas fondunda 5000, elmi köməkçi fondlarında 300-dən artıq eksponat toplanmışdır. Turan xanım bu muzeyin ekspozisiya və fonotekasını Hüseyn Cavid irsinə aid yeni audio və videoyazılarla zənginləşdirmişdir.
Turan xanım Hüseyn Cavidin 120 illik yubileyi ərəfəsində böyük şairin əsərlərini öz qələmindən çıxan kimi, onun üslubunda latın qrafikası ilə nəşr edilməsində böyük zəhmət çəkmişdi.
Keşməkeşli ömür yolu yaşamış Turan Cavidin əməyi, zəhməti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib: "Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb, "Əmək rəşadətinə görə” medalı, Azərbaycan Milli Elmlər Akademiyasının "Fəxri fərmanı” ilə dəfələrlə təltif edilib, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuşdur.
Cavidlər ocağının son yadigarı Turan Cavid 2004-cü il sentyabrın 12-də ömrünün 81-ci ilində əbədiyyətə qovuşdu. Bu fədakar insan cismən bu dünyadan ayrılsa da, mənən bütün cavidsevərlərin qəlbində yaşayır.

Rəhman SALMANLI,
"Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM