11 Oktyabr 2018 02:42
326
İQTİSADİYYAT
A- A+

Kəndlərimiz sürətli inkişaf yolundadır


Bunu Oğuz rayonunun Xaçmaz kəndinin timsalında da görmək olar


Sosial-iqtisadi inkişaf Oğuz şəhəri ilə bərabər, rayonun kəndlərində də hiss olunur. Bu inkişaf rayonun ən böyük kəndlərindən olan Xaçmazda diqqəti daha çox cəlb edir. Xaçmaz rayon mərkəzindən 40 kilometr şimalda - Qalaçayın solunda yerləşir.

Sovet hakimiyyətinin ilk dövrlərində Xaçmaz sovetliyinə özü ilə yanaşı, Xaçmazqışlaq, Filfilli, Şahra, Qazmalar, Abdallı və Mollalı kəndləri daxil edilib. İndi Xaçmaz inzibati dairəsi Abdallı, Xaçmaz və Xacmazqışlaq yasayış məntəqələrini əhatə edir.

Kənd tarixi abidələri ilə zəngindir. Xaçmazın şimalında yerləşən Qala dağındakı "Gavur qalası” VII əsrdə Xacmaz tayfaları tərəfindən tikilib və dağ çayından 2 kilometr hündürlükdə yerləşir. Xaçmaz keçidindəki Surxayxan qalası isə XVIII əsrdə Qazıqumuqlu Surxay xan tərəfindən inşa edilib.

XIX əsrdə kənd çayı üzərindəki körpü Adil adlı şəxs tərəfindən tikilib. Dasuz körpüsü Hacı Rəşidin adı ilə bağlıdır. XX əsrin əvvəllərində inşa olunub. Bu körpünün uzunlugu 8 metrdir. Hazırda körpü işlək vəziyyətdədir.

Respublikamızın hər yerində olduğu kumi, 1999-cu ildə Xaçmazda da özünü idarəetmə orqanı yaradılıb. Bələdiyyənin sədri Vidadi Məhəmmədov söhbət zamanı dedi ki, Xaçmaz inzibati ərazi dairəsində 7900-ə yaxın əhali yaşayır.

Xaçmazda 7 kitabxana, 4 klub var. Burada 1922-ci ildə ilk teatr açılıb. Sahə xəstəxanası, 3 məscid fəaliyyət göstərir.

Kəndin iqtisadiyyatını əsasən taxılçılıq, meyvəçilik və maldarlıq təşkil edir. Əvvəllər burada ənənəvi kənd təsərrüfatı sahələrindən tütünçülük və baramaçılıq da olub. Lakin sonradan həmin təsərrüfatlar ləğv edilib. Hazırda bu sahələr də inkişaf etdirilir. Oğuz-Qəbələ-Bakı su kəmərinin idarə binası Xaçmaz kəndinin aşağı hissəsində inşa olunub.

Kənddə elektrik dirəkləri yenidən qurulub və transformatorlar təzələri ilə əvəz edilib. 2013-cü ildə hər bir evə yeni su xətti, 2014-cü ildə asfalt yol, 2016-cı ildə isə qaz xətti cəkilib.

Xaçmazda 2 ailəvi istirahət mərkəzi fəaliyyət göstərir.

Xaçmaz sakinləri nüfuzlu insanları, qəhrəman oğulları ilə də fəxr edirlər. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü Qərib Məmmədkərim oglu, Azarbaycanda arxelogiya elminin yaradıcısı Saleh Qazıyev bu kəndin yetirmələri idilər.

XX əsrin 30-40-cı illərində 21 nəfər kənd sakini represiya qurbanına çevrilib. 1941-45-ci ilin Böyük Vətən müharibəsində isə kənddən 111 nəfər həlak olub və ya itkin düsüb. Qarabağ uğrunda gedən döyüşlərdə 21 nəfər şəhidlik zirvəsinə yüksəlib, 5 nəfər itkin düşüb. Onların xatirəsinə iki yerdə abidə ucaldılıb. 6 şəhid və 2 müharibə əlili ailəsinin hər birinə ev tikmək üçün pulsuz 0.12 hektar torpaq sahəsi ayrılıb.

Kənd əhalisi onlara göstərilən diqqət və qayğıya görə dövlətdən, icra strukturlarından razılıq edir. Əhalinin bir problemi varsa, o da su sarıdandır. İyun-sentyabr aylarında içməli su çatışmazlığına və suyun tez-tez çirklənməsinə görə çətinlik çəkirlər. Suyun mənbəyi dağ çaylarından götürüldüyündən yağış yağarkən bulanır. Əhali çıxış yolunu suyun mənbəyinin dəyişdirilməsində görür. Sakinlər inanırlar ki, bu problemin həllində "Azərsu” ASC onlara dəstək verəcək.

Əli SƏLİMOV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video