Ücretsiz php script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış Hacklink satış

Alternative content

21:54 21 Oktyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ağstafa Aqrar Sənaye Kompleksi tam gücü ilə fəaliyyətə hazırdır
Ağstafa Aqrar Sənaye Kompleksi tam gücü ilə fəaliyyətə hazırdır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:41 11.10.2018


Dövlət Proqramına uyğun olaraq bölgələrdə müasir standartlara uyğun yeni istehsal sahələrinin yaradılması ölkə iqtisadiyyatına gəlir gətirməklə yanaşı, əhalinin işsizlik probleminin aradan qaldırılmasına da müsbət təsir göstərib. Fəaliyyətə başlamış müəssisələrdə on minlərlə insan daimi iş yeri əldə etmişdir. Bunun da sayəsində həm regionun iqtisadiyyatı möhkəmlənmiş, həm də sakinlərin həyat tərzi yüksəlmişdir. İndi respublikamızda elə bir rayon tapılmaz ki, orada əhalinin məşğulluğunu təmin edən müasir sənaye və kənd təsərrüfatı məhsullarının emalı müəssisələri yaradılmasın. Belə rayonlardan biri Ağstafadır.

Son 5 ildə burada yaradılan sənaye müəssisələrində minlərlə rayon sakini daimi işlə təmin edilmişdir. İndi rayonda dünya standartlarına cavab verən xeyli adda məhsul istehsal olunur və onun bir hissəsi "Made in Azerbaijan” brendi ilə ixrac edilir. Hazırda rayondakı "Saloğlu” mebel və tikiş fabriklərinin məhsulları MDB ölkələri ilə yanaşı, Çin, Yaponiya, Fransa, İtaliya və digər ölkələrdə həvəslə alınır. Tikintisinə keçən il başlanmış xalça sexi də yaxın vaxtlarda fəaliyyətə başlayacaq. Hazırda rayonda inşası sürətlə davam etdirilən bir neçə müəssisə var. Onlardan biri Ağstafa Aqrar Sənaye Kompleksidir. İnşasına 2010-cu ilin iyulunda başlanan kompleksin tikintisi Almaniyanın "Wolf System” şirkəti ilə Akkord Şirkətlər Qrupu tərəfindən həyata keçirilmiş və 2012-ci ilin aprelində Prezident İlham Əliyevin iştirakı ilə kompleksin birinci layihəsi olan "Ağstafa Aqroservis” Məhdud Məsuliyyətli Cəmiyyətin açılışı olmuşdur. Bu müəssisənin fəaliyyətə başlaması ilə rayonda torpaq ehtiyatlarından daha səmərəli istifadə imkanını artırmış, əkilməsi məqsədəuyğun olan 10 növ bitki sortunun, gübrə və digər preparatların müəyyənləşdirilməsi, düzgün əkin metodlarının seçilməsi, səpin və suvarma işlərinin aparılması, məhsulun yığımı və aqronom xidmətləri göstərməklə fermerlər üçün "vahid pəncərə” sistemi yaradılmışdır. Cəmiyyətin inzibati bölməsi də yüksək səviyyədə qurulmuşdur. Belə ki, bölmədə ikimərtəbəli ofis, istehsalat və təmir sexi, anbar, texnikaların yuyulması, saxlanılması üçün talvar var. İnzibati binada müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı və laboratoriya fəaliyyət göstərir.

Ümumi sahəsi 11 hektar olan "Ağstafa Aqroservis” MMC qısa vaxt ərzində ən müasir kənd təsərrüfatı texnikaları ilə təmin edilmişdir. Hazırda burada 75 traktor, qoşqu və digər texnikalar var. Müəssisə 14 min hektar əkin sahəsinə xidmət göstərməyə qadirdir. Almaniya istehsalı olan servis avtomobilləri təsərrüfatlarda texniki xidmət göstərmək üçün kompüter və digər avadanlıqlarla təchiz edilmişdir. Ümumilikdə 30 nəfərin çalışdığı müəssisə Qazax və Tovuz rayonlarının ərazilərində də aqroservis xidmətləri göstərməyə qadirdir.

"Ağstafa Aqroservis” MMC-nin ikinci layihəsi olan Ağstafa Taxıl və Un Məmulatları İstehsalı Kombinatının inşası da başa çatmaq üzrədir. Nəinki Ağstafa, eləcə də region üçün böyük əhəmiyyət daşıyacaq bu kombinat 3 zavoddan ibarətdir. Bunlar taxıl emalı, un, çörək və yarımfabrikatlar zavodlarıdır. Burada saatda 1 ton istehsal gücünə malik çörək zavodu, 30 min tonluq taxıl, 2 min tonluq un rezervuarları, mədəniyyət mərkəzi, 300 yerlik konfrans zalı, hazır məhsul anbarı, iaşə obyektləri, eləcə də standartlara uyğun 140 yerlik yeraltı avtomobil dayanacağı inşa edilmişdir. İaşə obyektində kompleksin istehsal etdiyi çörək, un və qənnadı məhsulları satılacaq. Kompleksin yaradılmasında əsasən Almaniya və İsveçrə texnologiyalarından istifadə olunacaqdır. Layihəyə 6 min hektar torpaq sahəsini əhatə edən taxılçılıq təsərrüfatı da daxildir. Burada inşa olunan taxıl dəyirmanının emal gücü saatda 5 tondur. Qabaqcıl texnologiyaların tətbiqi buğdadan maksimum un əldə etməyə şərait yaradacaqdır. Beləliklə həm yüksək keyfiyyətli un məhsulları hazırlanacaq, həm də mövcud tullantılardan səmərəli istifadə olunacaqdır. Dəyirmanın ən böyük əhəmiyyəti odur ki, emala təqdim edilmiş taxıl yuyulmayacaqdır. Taxılın nəmləndirilməsi xüsusi texnologiya ilə həyata keçiriləcək. Bu da həm unun keyfiyyətli olmasına, həm də vaxt və məhsul itkisinin qarşısını almağa imkan verəcəkdir. Kəpək və digər qırıntılardan isə heyvandarlıq üçün yem hazırlanacaq.

Artıq "Ağstafa Aqroservis” MMC-nin ikinci layihəsi olan Ağstafa Taxıl və Un Məmulatları İstehsalı Kombinatında işlər yekunlaşmışdır. Hazırda görülən işlər mütəxəssislərin iştirakı ilə bir daha nəzərdən keçirilir.

Sabir ƏLİYEV,

"Azərbaycan”