Ücretsiz php script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış Hacklink satış

Alternative content

21:54 21 Oktyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Cəlilabad şərabının ixracı artır
Cəlilabad şərabının ixracı artır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:41 11.10.2018


Məlum məsələdir ki, nə vaxtsa, tarixin hansı dövründəsə neft-qaz sərvətlərimizin azalması, bəlkə də, tükənməsi istisna deyil. Elə buna görə də Prezident İlham Əliyev digər sahələrin, xüsusən də kənd təsərrüfatının inkişafı üçün mühüm tədbirlər görülməsi planını qarşıya məqsəd kimi qoymuşdur. Belə bir inkişaf idxaldan azad olmaqla respublikamıza valyuta gəlməsinə, əyalətlərdə, kəndlərdə yeni iş yerlərinin açılmasına, əhalinin ekoloji cəhətdən təmiz yerli qida məhsulları ilə təmin olunmasına imkan yaradır.

Cəlilabadın torpaqları üzümçülük üçün çox əlverişlidir. Rayonda salınmış üzüm bağları Muğan ərazisində olduğundan yayda bol günəş enerjisi qəbul edir. Bu da üzümün keyfiyyətinə əsaslı təsir göstərir. Digər bir tərəfdən isə rayon əhalisinin üzümçülükdə böyük təcrübəsi vardır. Sovetlər birliyi zamanında Azərbaycanda yetişdirilən üzümün, həmçinin emal edilən şərabın çox hissəsi burada istehsal olunurdu.

2007-ci ildən rayonun Qarazəncir kəndində "Cəlilabad Şərab-2” ASC fəaliyyət göstərir. Müəssisə sovet dövründə - 1972-ci ildə fəaliyyətə başlamış şərab zavodunun əsasında yaradılmışdır. ASC İtaliya və Fransadan gətirilmiş müasir avadanlıqlarla təchiz edilmişdir. Yeni texnologiyanın tətbiqi müəssisənin istehsal gücünü xeyli artırmışdır. 2011-ci ildən müəssisədə istehsal olunan müxtəlif adda məhsullar müxtəlif bazarlara çıxarılmış və hər yerdə də alıcılar tərəfindən rəğbətlə qarşılanmışdır.

Zavod il ərzində 10 min ton üzüm emal etmək gücünə malikdir. ASC-yə məxsus olan 500 hektar ərazidə Fransadan gətirilmiş "Kaberne Sovinyon”, "Şardane”, "Orenaj”, "Merlo” və "Sirah” kimi üzüm sortları əkilmişdir. Hər il bağlardan 5 min ton keyfiyyətli üzüm yığılır. Cari ilin ötən dövrü ərzində təkcə Rusiya Federasiyasına 0,75 litrlik qablarda 60 min şüşə şərab satılmışdır.

Seyran CAVADOV,

"Azərbaycan”