Alternative content

16:20 19 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Cavad Ağayev bürünc medal qazandı
Cavad Ağayev bürünc medal qazandı
ANA SƏHİFƏ / İDMAN
02:39 11.10.2018


Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunları davam edir. Yarışların növbəti günü Azərbaycan komandası üçün uğurlu olmuşdur.

63 kiloqram çəki dərəcəsində mübarizə aparan taekvondoçu Cavad Ağayev ilk görüşündə Stefan Atemə (Cənubi Sudan), dörddəbir final mərhələsində İran təmsilçisi Hamed Əsgəri Mahiabadiyə qalib gəlmişdir. Yalnız yarımfinalda cənubi koreyalı idmançı Ço Vun Huya məğlub olan taekvondoçumuz bürünc medal qazanmışdır.

Bu, komandamızın Olimpiadada əldə etdiyi ikinci medaldır. Bundan əvvəl cüdo yarışlarında 66 kiloqram çəki dərəcəsində mübarizə aparmış Vüqar Talıbov Olimpiya Oyunlarının qızıl medalına layiq görülmüşdür.

Hazırda komanda hesabında Azərbaycan 200-dən çox ölkə arasında 20-ci pillədədir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM