Ücretsiz php script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış Hacklink satış

Alternative content

08:56 16 Oktyabr 2018
ONLINE XƏBƏR LENTİ
02:31 16.10.2018 Bir rayonda iki mənzərə
02:27 16.10.2018 Nə yeyiriksə, oyuq
02:19 16.10.2018 Dövrün salnaməsi
02:17 16.10.2018 Vəzirzadə Nəcəf Bəy
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Səməd Seyidov: Səkkiz üzv ölkəsi bir-biri ilə müharibə aparan təşkilatın hansı gələcəyi ola bilər?
Səməd Seyidov: Səkkiz üzv ölkəsi bir-biri ilə müharibə aparan təşkilatın hansı gələcəyi ola bilər?
ANA SƏHİFƏ / SİYASƏT
20:46 10.10.2018

Bu müzakirələrin təkcə Avropa Şurasının gələcəyi deyil, eyni zamanda, üzləşdiyimiz böhrandan çıxışa dair müzakirələr olması ilə bağlı həmkarlarımın fikrini bölüşürəm. Biz indiki vəziyyəti bilərək təhlil etməli və hansı istiqamətdə gedəcəyimizi müəyyənləşdirməliyik. Çox vaxt prosedurların dəyişməsi və maliyyə böhranının həllinin bu vəziyyətdən çıxmaq imkanı olması ilə bağlı fikirlər eşidirik.

Bu sözləri AŞPA-nın payız sessiyası çərçivəsində "Avropa Şurasının gələcəyi” mövzusuna həsr edilmiş müzakirələrdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov söyləyib.

Səməd Seyidov qeyd edib ki, Şuranın gələcəyi deyəndə təkcə prosedurlar və maliyyə səbəblərini deyil, eyni zamanda, dəyərləri və münasibətləri düşünməliyik. Məncə üzləşdiyimiz böhran bu son iki amildən irəli gəlir.

"Üzvü olduğumuz bu təşkilata nəzər saldıqda onun 8 üzv ölkəsinin bir-biri ilə müharibədə olduğunu görürük. Belə bir təşkilatın gələcəyini təsəvvür edə bilərsinizmi? Üzvləri bir-biri ilə mübarizə aparan bu təşkilatın gələcəyini necə təsəvvür etmək olar? Bu, çox çətin vəziyyətdir. Təsəvvür edə bilərsinizmi ki, 14 üzvü daim ciddi monitorinq altında olan və digər üzvləri "köhnə demokratiya” adı altında fərqli davranışa malik olan təşkilatın hansı gələcəyi ola bilər?”, - deyə S.Seyidov bildirib.

Nümayəndə heyətinin rəhbəri deyib ki, gələcək haqqında düşünmək üçün dərhal yeni komitə və ya xüsusi ad hoc qrup yaradılmalıdır. Bu böhrandan necə çıxmağa, bütün 47 üzv dövlət üçün qəbul edilə bilən ideyalara baxılmalıdır. Yalnız bu yolla üzvlər bir yerdə ola bilər. Əks təqdirdə, bu təşkilatın gələcəyi böyük sual altında olacaq.

"Ancaq ümid edirəm ki, gələcəyimizi müəyyən etməyə qadirik. Malik olduğumuz çox məhdud vaxt bizə bir-birimizi başa düşməyə, dinləməyə, bir-birimizə qarşılıqlı hörmət etməyə imkan verəcək və gələcəyimizi təmin edə biləcəyik”, - deyə S.Seyidov diqqətə çatdırıb.