Ücretsiz php script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış Hacklink satış

Alternative content

08:55 16 Oktyabr 2018
ONLINE XƏBƏR LENTİ
02:31 16.10.2018 Bir rayonda iki mənzərə
02:27 16.10.2018 Nə yeyiriksə, oyuq
02:19 16.10.2018 Dövrün salnaməsi
02:17 16.10.2018 Vəzirzadə Nəcəf Bəy
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Corc Kent: Azərbaycan regionda təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan ölkədir
Corc Kent: Azərbaycan regionda təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan ölkədir
ANA SƏHİFƏ / SİYASƏT
20:43 10.10.2018

Oktyabrın 10-da ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin yeni təyin olunmuş müavini Corc Kent ölkəsinin Azərbaycandakı səfirliyində səfərinin yekunlarına dair mətbuat konfransı keçirib.

AZƏRTAC xəbər verir ki, Corc Kent Azərbaycanda bir sıra yüksək səviyyəli görüşlər keçirdiyini, görüşlərdə ABŞ-Azərbaycan münasibətlərinə və Dağlıq Qarabağ münaqişəsinin həlli yollarına dair müzakirələrin aparıldığını bildirib.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkdakı görüşünü və Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin Düşənbədəki söhbətini xatırladan C.Kent bu cür təmasların önəmli olduğunu qeyd edib.

Azərbaycanın münaqişənin sülh yolu ilə nizamlanmasında maraqlı olduğunu söyləyən Corc Kent bildirib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi, münaqişənin Madrid prinsipləri əsasında nizamlanması üzrə öhdəliklərinə ciddi yanaşır.

O, Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının prinsiplərinə əsaslanan dinc həllinin vacibliyini vurğulayaraq qeyd edib ki, ölkəsi ATƏT-in Minsk qrupunun həmsədrlərinin münaqişə zonasında gərginliyin azaldılması və problemin dinc yolla həllinin əldə olunması istiqamətindəki səylərini alqışlayır. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu həmsədrlərinin oktyabr ayının sonuna regiona səfəri gözlənilir.

C.Kent Azərbaycan-ABŞ münasibətlərindən danışaraq, Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlara töhfəsini xüsusi qeyd edib. ABŞ-ın Azərbaycan ilə münasibətlərin daha da inkişafında maraqlı olduğunu söyləyən C.Kent bildirib ki, Azərbaycan regionda təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan ölkədir.

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal layihələrə toxunan qonaq bildirib ki, "Cənub Qaz Dəhlizi” kimi layihələr dünyada enerji təhlükəsizliyinə mühüm töhfə verir.