10 Oktyabr 2018 20:34
344
SİYASƏT
A- A+

Latviyanın xarici işlər naziri BMT Baş Məclisinin sessiyasında Azərbaycanın ərazi bütövlüyünə dair fikir bildirib


Latviya Respublikasının xarici işlər naziri Edqars Rinkeviçs Nyu-Yorkda BMT Baş Məclisinin 73-cü sessiyasında çıxışı zamanı Azərbaycanın ərazi bütövlüyünə dair fikir bildirib. Nazir Latviyanın beynəlxalq ictimaiyyətlə birlikdə Krımın anneksiyasının tanınmaması siyasətinə sadiq qaldığını deyib, beynəlxalq hüququn normaları və ədalət bərqərar olmaqla Ukraynanın, həmçinin Avropa İttifaqının digər Şərq tərəfdaşlarının ərazi bütövlüklərinin bərpa ediləcəyinə inandığını vurğulayıb.

Analoji münaqişələrə məruz qalmış ərazilərin adlarını sadalayan Edqars Rinkeviçs qeyd edib ki, BMT digər aidiyyəti regional iştirakçılarla birlikdə Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya və Cənubi Osetiyada uzunçəkən münaqişələrin həlli prosesinə daim cəlb olunmalı və sadiqlik göstərməlidir.

Latviya XİN-in rəhbəri çıxışında bütün ölkələrin beynəlxalq standartlardan kənar qalmadan bir-birilərinin təhlükəsizliyini təmin etməli olduqlarını deyib. "BMT-nin preventiv fəaliyyətinin əsas məqsədi davamlı inkişafın təminatı olmalıdır. Bu halda qeyri-sabitlik və münaqişələrin ilkin səbəbləri aradan qaldırılacaq. Məqsədimiz insan ləyaqətinin müdafiəsi, yoxsulluğun aradan qaldırılması, iqtisadi əməkdaşlıq və sosial inkişaf tədbirlərinin davamıdır”, - deyə Edqars Rinkeviçs vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video