10 Oktyabr 2018 20:29
520
CƏMİYYƏT
A- A+

Belarus Vəkillər Kollegiyasının sədri ilə Ədliyyə Nazirliyində görüş olub


Ədliyyə nazirinin müavini Toğrul Musayev Azərbaycanda səfərdə olan Belarus Respublikası Vəkillər Kollegiyasının sədri, ölkə parlamentinin üzvü Viktor Çayçits ilə görüşüb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dövlətlərimiz arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini vurğulayan nazir müavini bu əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun xüsusi rolunu vurğulayıb, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərin beynəlxalq hüquq çərçivəsində həllində Belarus dövlətinin hər zaman ədalətli və prinsipial mövqe nümayiş etdirdiyini bildirib.

Həmçinin ötən il ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair yeni sazişin imzalanmasının, yüksək səviyyədə səfərlərin və nümayəndə heyətlərinin mübadiləsinin hüquqi sahədə qarşılıqlı fəaliyyətə mühüm töhfə verdiyi vurğulanıb, vəkillik təsisatının islahatından bəhs edilib, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı dövlətimizin başçısının 2018-ci il 22 fevral tarixli Sərəncamının xüsusi əhəmiyyəti qeyd olunub.

Azərbaycana səfərindən məmnunluğunu bildirən qonaq xalqlarımız arasında əlaqələrin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini vurğulayıb, vətəndaşların hüquqlarının qorunmasına xidmət edən Vəkillər kollegiyaları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edib. V.Çayçits vəkillik institutunun inkişafı üzrə görülən tədbirlərə maraq göstərərək bu sahədə Azərbaycan təcrübəsindən istifadə etmək barədə niyyətini ifadə edib.

Görüşdə səfər zamanı iki qurum arasında sənədin imzalanmasının qarşılıqlı fəaliyyətin inkişafına təkan verəcəyi bildirilib, vəkilliyin inkişafı, vəkillərin seçim proseduru və Ədliyyə Akademiyasında təlimi, əhaliyə keyfiyyətli hüquqi yardımın göstərilməsi ilə bağlı faydalı fikir və təcrübə mübadiləsi aparılıb.

Tədbirdə Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov iştirak edib.

Qonaqlar nazirlikdə bu il 100 illiyi qeyd edilən Azərbaycan ədliyyəsinin tarixi muzeyi ilə tanış olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video