Suriyanın Rəqqə şəhərində İŞİD terrorçu təşkilatının öldürdüyü adamların kütləvi məzarı tapılmışdır. Rəqqə Vətəndaş Məclisinin həmsədri Əbdüssalam Hevsorikin dediyinə görə, üç kütləvi məzarda 2600 meyit aşkarlanmışdır. Onların 450-si uşaq cəsədidir. Məlum olmuşdur ki, öldürülənlərin əksəriyyəti mülki şəxslərdir.
TRT telekanalının xəbərinə görə, indiyədək ölkənin səkkiz regionunda kütləvi məzarlar tapılmışdır. Cəsədlərin çıxarılmaması üçün İŞİD məzarların ətrafındakı ərazini minalamışdır.