10 Oktyabr 2018 16:58
354
DÜNYA
A- A+

İndoneziyada minlərlə adam itkin düşüb


İndoneziyanın Sulavesi adasında baş vermiş zəlzələ və sunami nəticəsində ölənlərin sayı iki min nəfəri ötmüşdür. Bu barədə Təbii Fəlakətlərin Fəsadlarının Aradan Qaldırılması Agentliyinin nümayəndəsi Sutopo Purvo Nurqroho məlumat vermişdir. Onun dediyinə görə, indiyədək qeydə alınmış 2010 nəfərdən 1601-i Palu şəhərində, 171-i Donqqala dairəsində, 222-si Sigidə, 15-i Parici Mutonq dairəsində, biri adanın qərbində yerləşən Pasanqkayuda həlak olmuşdur.

Xatırladaq ki, Rixter cədvəli ilə 7,5 bal gücündə zəlzələ ötən ayın 28-də baş vermişdir. Bundan sonra adanın sahilyanı rayonlarını yeddi metrlik dalğalar vurmuşdur.

Artıq 13 gündür adada axtarış-xilasetmə işləri aparılır. İndiyədək 5 min nəfərədək adam itkin düşmüş hesab olunur. Onların əksəriyyəti evlərin uçqunlarının və bataqlıqların altında qalmışdır.

Evləri dağılmış 70 min nəfərdən çox sakin müvəqqəti düşərgələrdə qurulmuş çadırlarda yaşayır. İçməli su çatışmır. Adətən, başqa ölkələrdən yardım qəbul etməyən İndoneziya hökuməti bu dəfə xarici mütəxəssislərə Sulavesidə sutəmizləyici sistemlər qurmağa icazə vermişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video