Alternative content

22:15 19 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Somalidə üç amerikalı və britaniyalı edam olundu
Somalidə üç amerikalı və britaniyalı edam olundu
ANA SƏHİFƏ / DÜNYA
16:57 10.10.2018


Somali ərazisində fəaliyyət göstərən "əş-Şəbab” radikal qruplaşması bir britaniyalını və üç amerikalını edam etmişdir. Onların casusluqla məşğul olduğu bildirilir. Bu barədə "Daily Mail” qəzeti xəbər verir.

Məlumata görə, edam Orta Cubba əyalətinin Cilib şəhərindəki meydanda həyata keçirilmişdir. Yerli sakinlər bildirmişlər ki, əcnəbilər dirəklərə bağlanmış və hökm oxunduqdan sonra güllələnmişlər.

Somali ərazisində və onun hüdudlarından kənarda fəaliyyət göstərən "əş-Şəbab” qruplaşması "əl-Qaidə” beynəlxalq terrorçu təşkilatının qanadıdır. 2014-cü ildə nəzarət etdiyi ərazilərin əksəriyyətini itirən "əş-Şəbab” hələ də terror aktları törətməkdə davam edir.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM