Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

18:20 10 Dekabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Şərqşünaslıq İnstitutunun kollektivi görkəmli alim Aida İmanquliyevanın məzarını ziyarət edib
Şərqşünaslıq İnstitutunun kollektivi görkəmli alim Aida İmanquliyevanın məzarını ziyarət edib
ANA SƏHİFƏ / Elm və texnika
15:20 10.10.2018

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi oktyabrın 10-da görkəmli şərqşünas, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 79-cu ildönümündə alimin məzarını ziyarət edib, xatirəsini anıblar.

Şərqşünaslıq İnstitutundan AZƏRTAC-a bildirilib ki, direktor, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva çıxışında Aida İmanquliyevanın həm bir alim kimi dünya şərqşünaslıq elminə dəyərli töhfələrini, həm də bir qadın və bir ana kimi Azərbaycan qadınına örnək ömür yaşadığını qeyd edib.

Bildirib ki, Aida İmanquliyeva öz fundamental tədqiqatları ilə təkcə Azərbaycan şərqşünaslığını deyil, eyni zamanda, dünya şərqşünaslığını zənginləşdirib və inkişaf etdirib. Onun bir alim kimi maraq dairəsi geniş və çoxşaxəli olub, lakin elmi araşdırmalarının əsas tədqiqat obyekti ərəb məhcər ədəbiyyatıdır. "Professor Aida İmanquliyeva Azərbaycanda Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alimdir. Şərq və Qərb mədəniyyətlərinin qarşılıqlı təsir və əlaqələrini öyrənərkən alim hər iki ədəbiyyatın ümumbəşəri dəyərlərini əsas götürür, mədəni tərəqqini şərtləndirən amillərə istinad edirdi”, - deyə Gövhər Baxşəliyeva bildirib.

Görkəmli alimin elmi və təşkilati fəaliyyətindən danışan Gövhər Baxşəliyeva Aida xanımın elmin bütün enişli-yoxuşlu yollarını pillə-pillə keçdiyini, öz zəhməti, istedadı, zəkası, qabiliyyəti sayəsində kiçik elmi işçidən, baş elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini və nəhayət, Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinəcən yüksəldiyini qeyd edib.

G.Baxşəliyeva A.İmanquliyevanın Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdə bacarıqlı bir təşkilatçı kimi özünü göstərdiyini, aparılan elmi tədqiqat işlərinin miqyasının genişləndirilməsi, nəzəri səviyyəsinin, əməli əhəmiyyətinin yüksəldilməsi, beynəlxalq əlaqələrinin genişləndirilməsi sahəsində xeyli iş gördüyünü vurğulayıb.

Xatırladıb ki, görkəmli alim Azərbaycan şərqşünaslıq elmini dəfələrlə yaxın və uzaq xarici ölkələrdə yüksək səviyyədə təmsil edib. A.İmanquliyeva, həmçinin yüksəkixtisaslı ərəbşünas kadrların hazırlanmasını diqqət mərkəzində saxlayıb, onun rəhbərliyi ilə qısa müddətdə bir çox namizədlik dissertasiyaları müdafiə edilib.

Bu gün də Aida İmanquliyevanın əsərlərinin dönə-dönə oxunduğunu, təhlil və tədqiq edildiyini, tərcümə olunduğunu, yenidən işıq üzü gördüyünü deyən Gövhər Baxşəliyeva, həyatdan erkən getməsinin onun həmkarlarını və tələbələrini hədsiz kədərləndirdiyini və sarsıtdığını qeyd edib, alimin əziz xatirəsinin onların qəlbində əbədi yaşayacağını deyib.

Şərqşünaslıq İnstitutunun ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Fərda Əsədov Aida İmanquliyevanın ərəb ədəbiyyatşünaslığında bir məktəb yaratmış alim olduğunu, onun açdığı elmi cığırların bu gün də davam etdirildiyini deyib. Fərda Əsədov görkəmli şərqşünas alimin əsərlərinin bu gün ərəb aləmində geniş yayıldığını, bu əsərlərdə onun öz dövrünü bir neçə onillik qabaqlayaraq, Şərqlə Qərb arasında qarşılıqlı təsiri gözəl əks etdirdiyini vurğulayıb.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM