10 Oktyabr 2018 13:34
470
CƏMİYYƏT
A- A+

Quraqlaşma ölkəmizdə hansı fəsadlara səbəb ola bilər


Alimlər planetdə quraqlığa meyilli əraziləri müəyyən ediblər. Aparılan tədqiqatların nəticəsinə görə, Yer kürəsinin bütün ərazilərində suyun əldə olunması çətinləşəcək, dünya üzrə 117 milyondan çox insan quraqlıq səbəbindən zərər çəkəcək.

AZƏRTACxəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini Məhərrəm Həsənovun dediyinə görə, iqlim dəyişikliyi müasir dövrün ən əhəmiyyətli problemlərindən biridir: "İqlim dəyişmələrinin təzadlarını araşdıranda belə bir nəticəyə gəlmək olur ki, quraq ərazilər daha çox quraqlaşacaq, rütubətli ərazilərdə isə rütubətin miqdarı çoxalacaq. Bu, dünya alimlərinin gəldiyi ən mühüm nəticələrdən biridir. Yəni ekvatorial qurşaqda yağıntıların bir qədər çoxalması gözlənilir. Eyni zamanda, subtropik və tropik qurşaqlarda, yəni səhralıq ərazilərdə daha quraq şəraitin yaranması ehtimal edilir. İqlim dəyişmələri qlobal xarakter daşıdığına və Azərbaycan da dünyanın bir hissəsi olduğuna görə ölkəmizdə də onun öz təzahürləri var. Ölkəmiz əsasən subtropik iqlim qurşağında yerləşir. Subtropik qurşaq isə tropik və mülayim qurşaq arasında keçid xarakteri daşıyır. Azərbaycan torpaqlarının yarıdan çoxu quraq ərazilərə düşür”.

Alim deyib: "Kür-Araz ovalığı, o cümlədən Salyan, Mil, Muğan, Şirvan və Qarabağ düzü quraq ərazilər hesab edilir. Ceyrançölün bir hissəsi, Qobustan- Abşeron ərazisi də quraq zonaya aiddir. Kiçik Qafqazın dağətəyi hissələrində də müəyyən quraqlaşma müşahidə edilir. Həmin iqlim şəraitinin davam edərsə, bu ərazilərdə quraqlıqların daha da çoxalacağını proqnozlaşdırmaq olar”.

Məhərrəm Həsənovun verdiyi məlumata görə, quraqlığın fəsadları ilk növbədə kənd təsərrüfatı məhsullarının azalması və bunun nəticəsində ərzaq təminatında meydana çıxacaq problemlərlə özünü büruzə verə bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video