Alternative content

11:03 09 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
00:29 09.07.2020 Lider qətiyyəti
00:20 09.07.2020 Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 108 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”nda dəyişikliklər edilməsi haqqında” 2011-ci il 3 mart tarixli 392 nömrəli, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 17 may tarixli 126-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2011-ci il 1 iyul tarixli 459 nömrəli, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 345-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2012-ci il 8 may tarixli 624 nömrəli, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2016-cı il 9 avqust tarixli 1008 nömrəli və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 329-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2016-cı il 14 noyabr tarixli 1105 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
00:17 09.07.2020 Özbaşınalıq meydanı
00:14 09.07.2020 BİLDİRİŞ
00:14 09.07.2020 BİLDİRİŞ
00:13 09.07.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yuxusuzluq və bu problemi yaradan səbəblər
Yuxusuzluq və bu problemi yaradan səbəblər
ANA SƏHİFƏ / Səhiyyə
13:31 10.10.2018

Hər insan yaşından, cinsindən, milliyyətindən, sağlamlıq vəziyyətindən və sosial statusundan asılı olmayaraq yuxusuzluqla qarşılaşa bilərlər. Hətta tam sağlam və həyatda uğurlu olanlar da bəzən bu problemlə üzləşir. Statistikaya əsasən hazırda dünyanın hər üç sakinindən biri yuxusuzluq problemindən əziyyət çəkir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində "Caspian International Hospital”ın nevroloqu Xəyalə Məmmədova deyib.

Həkim bildirib ki, orta hesabla insana 7-9 saatlıq yuxu kifayət edir: "Lakin buna baxmayaraq 4-5 saatlıq yuxu ilə kifayətlənən unikal adamlara də rast gəlmək olar. Tamamilə yuxusuz yaşamaq mümkün deyil. Fərdi olaraq yuxunun müddəti yaşdan, sinir sistemindən və həyat tərzindən asılıdır. Yuxusuzluq tibbi dildə "insomniya” adlanır. Əsl insomniyadan o zaman söhbət gedə bilər ki, insan gündəlik həyatda özünü pis hiss etdiyindən, zəiflikdən, yorğunlundan və tez əsəbiləşməkdən şikayət etsin”.

Ümumiyyətlə heyvanlarda yuxusuzluğun görülmədiyini deyən nevroloq, bu problemin müəyyən intellektə sahib varlıqlara xas xəstəlik olduğunu qeyd edib: "Qadınlar gənclik dövrlərində daha çox yuxusuzluqla qarşılaşırlar. Bunu da bu dövrün həddən artıq emosional olması ilə əlaqələndirmək olar. Kişilərdə isə yuxusuzluğun başqa səbəbləri var və qadınlara nisbətən daha irəli yaşlarında meydana çıxır. Bu, əsasən karyera və ya ailə həyatı ilə bağlı yaranan problemdir. Bəziləri yuxusuzluğun hansısa xəstəliyin göstəricisi olduğunu düşünür. Əlbəttə ki, bu hal müxtəlif xəstəliklərlə yanaşı müşahidə oluna bilər. Bunun üçün yatan zaman diskomfort və ya ağrı hiss olunursa, ilk növbədə əsas problem-kəskin mədə yarası, bağırsaqların iltihabı, döş qəfəsi xəstəlikləri və s. müalicə olunmalıdır. Onu da qeyd etmək lazımdır ki, yuxusuzluq daha çox nevroz və depressiya zamanı müşahidə olunur ki, bu da müalicə olunduqda keçib gedir”.

Həkim yuxusuzluqla qarşılaşan bəzi xəstələrin həkimə müraciət etməkdən qorxduqlarını bildirib: "Bunun səbəbi isə odur ki, həkim yuxugətirici dərmanlar təyin edə bilər. İnsanlar isə bu preparatlara alışacaqlarından və onlar olmadan özləri yuxuya gedə bilməyəcəklərindən qorxurlar. Bu barədə mütəxəssislərin öz fikirləri var. Onlar bildirirlər ki, qısa müddətli insomniya bir qayda olaraq stressin əlaməti kimi meydana çıxır. Belə olan halda psixoterapevtin yardımı müsbət nəticə verə bilər. Əlbəttə ki, uzun müddət davam edən stress nəticəsində yuxusuzluğun xroniki hal alma ehtimalı artır. Bu ən çox ağır ailə problemləri, iqtisadi böhranlar zamanı baş verir. Lakin belə olduqda əksər insanlarda dərhal orqanizmin yardımçı imkanları işə düşür və insan qənaətbəxş olmayan bu vəziyyətə uyğunlaşır”.

Xəyalə Məmmədova bəzən yuxusuzluğun özünün əsas xəstəlik hesab olunduğunu deyib: "Qısa müddətli yuxusuzluq zamanı həkim bir-iki gün üçün yuxugətirici təyin edə bilər. Bu zaman vərdiş əmələ gəlmir, yuxusuzluq inkişaf etmir və sağlamlığa heç bir zərər dəymir. Mütəmadi olaraq yuxu gətirici dərman preparatının 3-4 gün ərzində qəbul olunması, həqiqətən də, vərdiş yarada bilər. Lakin bundan yaxa qurtarmaq üçün bir neçə gün kifayətdir. Başqa bir məsələ psixoloji amildir. Həblərdən imtina etmək istəməyən insanı bu preparatlardan ayırmaq çox çətindir. Bu sahə üzrə mütəxəssisin fikirlərinə nəzər salsaq görərik ki, həkim səbəbsiz 2-3 həftə yuxusuzluqdan əziyyət çəkən pasientə gündəlik tutmağı tövsiyə edir. Gündəliyə hər gün nə vaxt yatdığını, nə vaxt oyandığını, gün ərzində nə baş verdiyini, necə yuxuya getdiyini yazmaq məsləhət görülür. İki həftə sonra məlum olur ki, yuxusuzluq işdə olan periodik xoşagəlməzliklər və narahatlıqla əlaqədardır. Ona stress əleyhinə dərman preparatı, o cümlədən yuxu gətirici təyin edilir. Bu yuxugətirici sxem üzrə deyil, konkret əsəbilik situasiyalarında qəbul edilir. Bir ay sonra problem tamamilə həll olunur və dərman preparatlarına qarşı heç bir vərdiş əmələ gəlmir”.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM