Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

01:34 12 Dekabr 2018
ONLINE XƏBƏR LENTİ
00:40 12.12.2018 40 ilin müəssisəsi
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dövlət Yol Polisi sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə xəbərdarlıq edib
Dövlət Yol Polisi sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə xəbərdarlıq edib
ANA SƏHİFƏ / CƏMİYYƏT
13:28 10.10.2018

Paytaxtda ictimai nəqliyyat sahəsində nizam-intizamın yaradılması, təhlükəsizliyin təmin edilməsi məqsədilə Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən bir sıra addımlar atılır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, idarənin əməkdaşlarının ötən gecə Yasamal, Nərimanov, Səbail, Nizami və digər rayonlarda apardıqları yoxlamalar nəticəsində ictimai nəqliyyat sahəsində qənaətbəxş olmayan bəzi məqamlar ortaya çıxıb. Məlum olub ki, həmin ərazilərdə təxminən 100-ə yaxın avtobus işdən sonra binaların həyətlərində, səkilərdə, yolların hərəkət hissələrində və qanunla qadağan edilmiş digər ərazilərdə saxlanılır. Hətta yanacaqdoldurma məntəqələrini və ətraf əraziləri özünə dayanacaq seçən avtobus sürücülərinə də rast gəlinib. Səhər isə saat 6-7 radələrində həmin sürücülər heç bir tibbi müayinədən keçmədən, nəqliyyat vasitəsinin texniki vəziyyəti yoxlanılmadan sükan arxasına əyləşərək sərnişindaşıma ilə məşğul olurlar. Bu isə ictimai nəqliyyat sahəsində təhlükəsizliyin tam təmin edilməsinə ciddi əngəl yaradır. Araşdırma zamanı, həmçinin müəyyən edilib ki, reysə çıxan sürücülər hər gün tibbi müayinədən keçməli olduqları halda bəzi sərnişindaşıma şirkətləri həmin sənədi avtobusu idarə edən şəxslərə aylıq təqdim edirlər.

Dövlət Yol Polisi sərnişin daşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin diqqətinə çatdırır ki, sərnişin daşıma sahəsindəki normativ aktlar və qaydalara əsasən, ümumi istifadədə olan hər bir nəqliyyat vasitəsi işdən sonra mütləq şəkildə qaraja aparılmalıdır. Qarajda nəqliyyat vasitəsi texniki cəhətdən yoxlanılıb, nasazlıq varsa aradan qaldırılıb, növbəti gün xəttə buraxılmalıdır. Sürücülər isə hər gün reys qabağı tibbi müayinədən keçirilməlidirlər. Sərnişindaşıma ilə məşğul olan hüquqi və fiziki şəxslər bunu mütləq şəkildə təmin etməlidirlər.

Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan və həmin qayda pozuntularına yol verən şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlər bundan sonra da davam etdiriləcək.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM