Ücretsiz php script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış Hacklink satış

Alternative content

13:52 15 Oktyabr 2018
ONLINE XƏBƏR LENTİ
01:17 14.10.2018 İLHAM ƏLİYEV erası
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Misir mətbuatı görkəmli şərqşünas alim Aida İmanquliyevanın ərəbşünaslığa töhfələrindən yazır
Misir mətbuatı görkəmli şərqşünas alim Aida İmanquliyevanın ərəbşünaslığa töhfələrindən yazır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
13:20 10.10.2018


Azərbaycanın görkəmli şərqşünas alimi, tərcüməçi, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 79-cu ildönümü münasibətilə Misirin geniş oxucu kütləsinə malik "Shbabalnil” internet qəzetində geniş məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, "Aida İmanquliyeva – ömrünü ərəb ədəbiyyatı və mədəniyyətinin tədqiqinə həsr etmiş şərqşünas alim” sərlövhəli məqalədə Azərbaycan və dünya elminə, şərqşünaslığın inkişafına, ərəb mədəniyyəti, ədəbiyyatı və filologiyasının öyrənilməsinə və populyarlaşdırılmasına dəyərli töhfələr verən alimin şərəfli ömür yolundan, elmi irsindən danışılır.

Vurğulanır ki, professor Aida İmanquliyeva ərəb fəlsəfi fikrinin dünya fəlsəfi fikrinə inteqrasiyasının təməlini qoymuş görkəmli şərqşünaslar pleyadasına daxildir. Ərəb ədəbiyyatının tədqiqatçısı, müqəddəs "Qurani-Kərim”in rus dilinə tərcüməçisi İ.Kraçkovski kimi nəhəng şərqşünaslarla, öz elmi axtarışları ilə dünyanı ərəb poeziyası və nəsri, ərəb filologiyası, müasir ərəb ədəbiyyatı və mədəniyyəti ilə tanış etmiş görkəmli alimlərlə yanaşı, Aida İmanquliyevanın elmi irsi XX əsr şərqşünaslığı tarixində xüsusi yer tutur.

Müəllif yazır ki, Aida İmanquliyeva çağdaş ərəb ədəbiyyatının tədqiqində yeni səhifə, yeni yol açıb. O, ərəb məhcər ədəbiyyatının beynəlxalq miqyasda ən görkəmli, ən sanballı tədqiqatçısı kimi tanınır. Aida İmanquliyeva Şərq və Qərb ədəbiyyatlarının qarşılıqlı əlaqəsini və təsirini sistemli şəkildə tədqiq etmiş ilk azərbaycanlı alim olub. O, çoxsaylı elmi əsərlərində mədəni əlaqələrin sintezini və yeni bədii üslubun formalaşmasını təhlil edib. Bu, təkcə ərəb ədəbiyyatının deyil, Şərq ədəbiyyatında bütün yeni meyillərin müvafiq istiqamətdən təhlil edilməsi üçün çox vacib zəmin yaradır.

Məqalədə qeyd olunur ki, əsası Aida İmanquliyeva tərəfindən qoyulmuş ərəb ədəbiyyatının tədqiqi məktəbi bu gün də inkişaf edir, onun Azərbaycan və dünya şərqşünaslığını zənginləşdirmiş fundamental tədqiqatları isə müasir dövr ərəbistikasının klassikasıdır. Məqalədə vurğulanır: "Aida İmanquliyeva haqlı olaraq nəinki Azərbaycanda, hətta onun hüdudlarından uzaqlarda da yeni ərəb ədəbiyyatının ən görkəmli tədqiqatçılarından biri kimi tanınır”.

Ərəb oxucularının diqqətinə çatdırılır ki, tanınmış kübar nəslin parlaq nümayəndəsi, pedaqoqlar, yazıçılar və jurnalistlər ailəsində tərbiyə almış Aida İmanquliyeva qadın hərəkatının tarixində də xüsusi yer tutur və onun hər iki qızı – Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva və Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Nərgiz Paşayeva onun ideyalarının davamçılarıdır. Onlar bu gün dünyanın mədəni və elmi mühiti ilə qarşılıqlı fəaliyyətə nail olmaq məqsədilə Azərbaycanın mədəni və elmi irsinin qorunub saxlanmasına dəstəyi davam etdirirlər.

Məqalənin sonunda qeyd olunur ki, bu azərbaycanlı alim öz qısa ömrünü bütünlüklə Şərq mədəniyyətinin və ədəbiyyatının öyrənilməsinə həsr edib, keçmişin və müasir dövrün dərin fəlsəfi qatları arasında görünməz əlaqəni üzə çıxarmağa çalışıb. Aida İmanquliyevanın intellektual irsi bu gün də Azərbaycanın ərəb ölkələri ilə yaxınlaşmasında, dövlətlərimiz arasında beynəlxalq münasibətlərin inkişafında mühüm rol oynayır.

Məqalənin mətnini aşağıda qeyd olunan linkdən oxumaq mümkündür: www.shbabalnil.com/آسيا-حاجي-زادة-تكتب-عائدة-إيمانجولييف/