Ücretsiz php script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış Hacklink satış

Alternative content

08:56 16 Oktyabr 2018
ONLINE XƏBƏR LENTİ
02:31 16.10.2018 Bir rayonda iki mənzərə
02:27 16.10.2018 Nə yeyiriksə, oyuq
02:19 16.10.2018 Dövrün salnaməsi
02:17 16.10.2018 Vəzirzadə Nəcəf Bəy
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Professor Fethi Gedikli: Saxta “erməni məsələsi”nə dair həqiqətləri dünya birliyinə çatdırmaq təxirəsalınmaz vəzifədir
Professor Fethi Gedikli: Saxta “erməni məsələsi”nə dair həqiqətləri dünya birliyinə çatdırmaq təxirəsalınmaz vəzifədir
ANA SƏHİFƏ / SİYASƏT
13:17 10.10.2018

Bir vaxtlar Osmanlı dövlətinə qarşı istifadə olunan saxta "erməni məsələsi” müasir dövrdə Türkiyə və Azərbaycana qarşı sistemli şəkildə istifadə edilən siyasi təsir vasitəsidir.

Bu fikri AZƏRTAC-a açıqlamasında İstanbul Universitetinin hüquq fakültəsinin hüquq tarixi kafedrasının müdiri, professor Fethi Gedikli söyləyib. Professor vurğulayıb ki, uydurma "erməni məsələsi” və ondan yaranan problemlər sülhsevər dünyaya qarşı təhdiddir.

Fethi Gedikli Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı, professor Əmir Əliyevin "Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” kitabını ermənilərin uydurma iddialarına qarşı əsaslı hüquqi vəsait kimi dəyərləndirib. O vurğulayıb ki, saxta "erməni məsələsi”nə dair həqiqətlərin dünya birliyinə çatdırılması təxirəsalınmaz vəzifədir. Erməni silahlı birləşmələrinin XX əsrin əvvəlində Qafqazda və Anadoluda müsəlman və türk əhaliyə qarşı törətdikləri cinayətlər barədə çoxsaylı siyasi və tarixi əsərlər mövcuddur. Məsələ ilə bağlı arxivlərdə kifayət qədər inkarolunmaz sübutlar var. Bu mövzunun hüquqi aspektdən işlənilməsi, ilk növbədə, dünyanın nüfuzlu ali məktəblərinin hüquq fakültələri üçün əsaslı baza yaradır.