Ücretsiz php script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış Hacklink satış

Alternative content

13:53 15 Oktyabr 2018
ONLINE XƏBƏR LENTİ
01:17 14.10.2018 İLHAM ƏLİYEV erası
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Astanada “Dünya və ənənəvi dini liderlərin” VI Qurultayı keçirilir
Astanada “Dünya və ənənəvi dini liderlərin” VI Qurultayı keçirilir
ANA SƏHİFƏ / CƏMİYYƏT
10:58 10.10.2018

Astanada "Dünya və ənənəvi dini liderlərin” VI Qurultayı keçirilir.
AZƏRTAC xəbər verir ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin, Serbiya Prezidenti Aleksandr Vuçiçin, dini liderlərin, beynəlxalq təşkilatların rəhbərlərinin, görkəmli siyasi, elmi və ictimai xadimlərin iştirak etdiyi qurultayda Azərbaycanı MDB Dinlərarası Şurasının həmsədri və MDB müsəlmanları Məşvərət Şurasının sədri, Qafqaz müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.
"Dini liderlər təhlükəsiz dünya uğrunda" mövzusunda keçirilən qurultayda "Manifest" Sülh. XXI əsr: qlobal təhlükəsizliyin konsepsiyası", "Geosiyasətdə dəyişən dinlər: bəşəriyyətin birləşməsi üçün yeni imkanlar", "Din və qloballaşma: çağırışlar və cavablar", "Dini liderlər və siyasətçilər: ekstremizmin və terrorizmin aradan qaldırılması" kimi tematik istiqamətlərdə plenar iclaslar keçiriləcək.