Ücretsiz php script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış Hacklink satış

Alternative content

21:51 21 Oktyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan-Rusiya münasibətlərinin inkişafında parlamentlərarası əlaqələrin önəmli rolu var
Azərbaycan-Rusiya münasibətlərinin inkişafında parlamentlərarası əlaqələrin önəmli rolu var
ANA SƏHİFƏ / PARLAMENT
21:52 09.10.2018

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Türkiyə Respublikasının Antalya şəhərində Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodin ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Avrasiya ölkələri parlament sədrlərinin 3-cü toplantısı çərçivəsində keçirilən görüşdə iki qonşu ölkənin parlamentləri arasında münasibətlərin dinamikası yüksək dəyərləndirilib. Tərəflər Azərbaycan və Rusiya parlamentləri arasında birgə komissiyaların yaradılması ilə bağlı səmərəli fikir mübadiləsi aparıblar. Avrasiya ölkələri parlament sədrlərinin 3-cü toplantısında hər iki ölkənin ümumi maraqlarını əks etdirən mövqenin nümayiş etdirildiyi bildirilib.

Spikerlər arasında görüşlərin müntəzəm xarakterli olduğunu diqqətə çatdıran Dövlət Dumasının sədri Vyaçeslav Volodin qeyd edib ki, əlaqələrin daha da genişləndirilməsi üçün bütün imkanlardan istifadə olunur.

Azərbaycan-Rusiya münasibətlərinin inkişafında parlamentlərarası əlaqələrin önəmli rolunu yüksək dəyərləndirən Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, keçirilən hər bir görüş faydalıdır və əhəmiyyətlidir.