Alternative content

08:17 24 Oktyabr 2018
ONLINE XƏBƏR LENTİ
00:53 24.10.2018 Hədəflər dəf olunur
19:45 23.10.2018 Təmizlik sağlamlıqdır
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ABŞ rəsmisi: Azərbaycan enerji mənbə və marşrutlarının şaxələndirilməsi siyasətində vacib rol oynayır
ABŞ rəsmisi: Azərbaycan enerji mənbə və marşrutlarının şaxələndirilməsi siyasətində vacib rol oynayır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
21:49 09.10.2018

Azərbaycan enerji mənbə və marşrutlarının şaxələndirilməsi siyasətində vacib rol oynayır.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, energetika naziri Pərviz Şahbazov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin yeni təyin olunmuş müavini Corc Kentin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin enerji sahəsində uğurla inkişaf etdiyi bildirilib. Azərbaycanın həyata keçirdiyi enerji layihələrinə, o cümlədən Cənub Qaz Dəhlizinin reallaşmasına ABŞ-ın davamlı dəstəyi yüksək qiymətləndirilib. Layihənin Cənub-Şərqi Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında rolu və növbəti mərhələdə Cənub Qaz Dəhlizinin genişləndirilmə perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

C.Kent enerji mənbə və marşrutlarının şaxələndirilməsi siyasətində Azərbaycanın vacib rol oynadığını deyərək, ABŞ-ın enerji təhlükəsizliyi ilə bağlı layihələrə mövqeyinin dəyişməz olduğunu qeyd edib.

Energetika naziri "Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə bağlı son vəziyyət barədə məlumat verərək bildirib ki, layihənin əhəmiyyəti Vaşinqtonda 27-ci Dünya Qaz Konfransı çərçivəsində keçirilmiş yüksək səviyyəli görüşlərdə də ifadə edilib.

Nazir neft-qaz sahəsində uğurlu təcrübənin bərpaolunan enerji mənbələrindən istifadə sahəsində də tətbiqinin nəzərdə tutulduğunu və bu istiqamətdə mühüm işlərə başlandığını diqqətə çatdırıb.

Görüşdə bərpaolunan enerji mənbələrindən istifadə və elektroenergetika sektorunda aparılan islahatlar üzrə əməkdaşlığın təmin edilməsi üçün zəruri tədbirlər, eləcə də qlobal enerji bazarında cərəyan edən proseslərlə bağlı müzakirələr aparılıb.