09 Oktyabr 2018 18:01
660
İDMAN
A- A+

Seneqalda keçiriləcək Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının büdcəsi 150 milyon dollar olacaq


2022-ci ildə Seneqalın paytaxtı Dakarda keçiriləcək Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının büdcəsi açıqlanıb.
AZƏRTAC xəbər verir ki, "Dakar-2022”nin büdcəsi ilkin hesablamalara görə, təxminən 150 milyon dollar olacaq.

Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Oyunları üzrə icraçı direktoru Kristof Dyubi mətbuat konfransında məlumat verib. "Biz Dakar Olimpiadasının büdcəsinin 150 milyon dollar olacağını gözləyirik”, - deyə K.Dyubi bildirib.

Qeyd edək ki, BOK-un oktyabrın 8-də Buenos-Ayresdə keçirilən sessiyasında Dakar 2022-ci ildə Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək şəhər seçilib.
Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının büdcəsi 200 milyon dollar təşkil edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video