09 Oktyabr 2018 18:00
755
Təhsil
A- A+

RİİB müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılmasına dair seminar keçirib

Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyi (RİİB) Avropa İttifaqının dəstəyi ilə həyata keçirdiyi "Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində oktyabrın 9-da seminar təşkil edib. Tədbirdə inklüziv təhsil sahəsində müəllim hazırlığı və ixtisasartırma proqramlarının, tədris vəsaitlərinin hazırlanması ilə bağlı yaradılmış işçi qrupunun üzvləri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, bu ilin may ayından başlanan və 28 ay ərzində davam edəcək layihə çərçivəsində Bakı şəhəri, Quba, Şəki, Cəlilabad, Ağcabədi və Şamaxı rayonlarında inklüziv təhsil sahəsində müəllimlərin tədris imkanlarının və pedaqoji resurslarının təkmilləşdirilməsi nəzərdə tutulur. Layihədən orta ümumtəhsil məktəblərində çalışan 1000-dən çox ibtidai sinif müəllimi, eləcə də pedaqoji universitetlərdə təhsil alan 2000-dən çox tələbə faydalanacaq.

Seminarda beynəlxalq ekspert Marieke Stevens inklüziv təhsil və müəllimlərin peşəkar inkişafının konseptual çərçivəsi, eləcə də layihənin müəllim hazırlığı sahəsində strateji yanaşması və gələcək fəaliyyət istiqamətləri barədə məlumat verib.

Eyni zamanda, beynəlxalq ekspert Marieke Stevensin iştirakı ilə inklüziv təhsilin inkişafına dair strateji planın hazırlanmasına başlanılıb. Layihənin icra strategiyasının ilkin variantı, təhsil və müəllimlərin peşəkar inkişaf məsələləri Təhsil Nazirliyinin müvafiq strukturlarının rəhbərləri ilə görüşdə müzakirə olunub.

Qeyd edək ki, layihə çərçivəsində inklüziv təhsil üzrə modullar hazırlanaraq ilkin pedaqoji, eyni zamanda, ixtisasartırma təhsilinin standartlarına inteqrasiya edilməsi, bu sahədə qanunvericiliyin BMT-nin Uşaq hüquqları haqqında Konvensiyaya uyğunlaşdırılması ilə bağlı təkliflərin, müvafiq tədris vəsaitlərinin hazırlanması, Azərbaycan Dövlət Pedaqoji Universiteti və onun filiallarında 6 İnklüziv Resurs Mərkəzinin yaradılması nəzərdə tutulur. Bu mərkəzlər müəllim və tələbələrin inklüziv təhsil sahəsində bilik və bacarıqlarının artırılması, ictimaiyyətin maarifləndirilməsi istiqamətində daimi fəaliyyət göstərəcək.

Ötən müddət ərzində layihə komandası tərəfindən inklüziv təhsil sahəsində ehtiyacların və gələcək fəaliyyətlərin müəyyən edilməsi məqsədilə aidiyyəti qurumlarla müzakirələr aparılıb, regionlarda inklüziv təhsil sahəsində mövcud resurslar və müxtəlif hədəf qrupları (ekspertlər, valideynlər, müəllimlər və tələbələr) arasında sorğular keçirilərək onların bilik və məlumatlılıq səviyyələri qiymətləndirilib. Regionlarda fəaliyyətin əlaqələndirilməsi məqsədilə seçilmiş koordinator və təlimçilər üçün Təhsil Nazirliyinin tabeliyində olan Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu ilə birgə inklüziv siniflərdə təlimin təşkilinə dair seminarlar təşkil olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video