09 Oktyabr 2018 16:54
698
Təhsil
A- A+

Bakı Dövlət Universiteti üç beynəlxalq reytinq siyahısında yer alıb


Böyük Britaniyanın "Quacquarelli Symonds” (QS) şirkəti ali məktəblərin beynəlxalq reytinq siyahısını açıqlayıb. Dünyanın 20 min universitetini araşdıran şirkət siyahıya yalnız 1000 universitetin adını daxil edib.

Bakı Dövlət Universitetindən (BDU) AZƏRTAC-a bildiriblər ki, bu ilin sentyabr ayının nəticələrinə əsasən, Azərbaycandan yalnız BDU reytinqdə 801+ yerdə qərarlaşıb. Reytinqin tərtib olunmasında akademik aləmdən olan ekspertlərin rəyi, professor-müəllim heyətinin tələbələrin sayına nisbəti, işəgötürənlər arasında reputasiyası, sitat gətirilmə indeksi, həmçinin xarici müəllim və tələbələrin sayı nəzərə alınır. Ətraflı məlumatı aşağıda qeyd edilən linkdən oxumaq olar:

https://www.topuniversities.com/university-rankings/world-university-rankings/2019

Bakı Dövlət Universiteti daha bir beynəlxalq reytinq cədvəlində yer tutub. Belə ki, "Round University Ranking” beynəlxalq reytinqinin (RUR-2018) 2018-ci il üzrə nəticələrinə əsasən, BDU bu qurumun siyahısında 686-cı yerdə qərarlaşıb. Azərbaycan Memarlıq və İnşaat Universiteti 762-ci yerlə Azərbaycandan reytinqə düşən növbəti universitetdir. Bu reytinqdə universitetlər dörd istiqamətdə qruplaşdırılmış 20 indikator üzrə qiymətləndirilir: tədrisin keyfiyyəti (40 faiz), tədqiqatların keyfiyyəti (40 faiz), beynəlmiləlləşdirmə (10 faiz), maliyyə sabitliyi (10 faiz). Reytinq siyahısı ilə aşağıda qeyd edilən linkdə tanış olmaq mümkündür:

http://roundranking.com/ranking/world-university-rankings.html#world-2018

Bakı Dövlət Universiteti, eyni zamanda, dünyanın 30 minədək ali təhsil müəssisəsini əhatə edən "Webometrics”in 2018-ci il reytinq cədvəlinə düşüb. BDU (3.656) Top-5000 universiteti siyahısında yer alıb. BDU-dan sonra Azərbaycan Dövlət İqtisad Universiteti və ADA Universiteti müvafiq olaraq 5.817 və 6.495-ci yerlərdə qərarlaşıb. Ətraflı məlumatı aşağıda qeyd edilən linkdən oxumaq olar:

http://www.webometrics.info/en/Europe/Azerbaijan

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video