09 Oktyabr 2018 16:52
252
CƏMİYYƏT
A- A+

Korrupsiyaya qarşı mübarizə sahəsində müxtəlif dövlət qurumları ilə imzalanan əməkdaşlıq memorandumları müsbət nəticə verir


Korrupsiyaya qarşı mübarizə çox mühüm əhəmiyyət kəsb edir. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əsas məqsədlərindən, funksiyalarından biri ölkədə həyata keçirilən islahatlara daim dəstək olmaqdır. Korrupsiya cəmiyyətin inkişafına mənfi təsir göstərir. Korrupsiyaya qarşı mübarizə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin ən prioritet istiqamətlərindən biridir. Bu sahədə mübarizə yalnız ixtisaslaşmış qurum tərəfindən aparılsa da, bunun daha səmərəli olması üçün həmin qurum digər dövlət qurumları ilə daim əməkdaşlıq etməlidir. Birgə fəaliyyət, məqsəd və əməkdaşlıq olmadan korrupsiyaya qarşı mübarizənin səmərəsini görmək mümkün deyil.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası baş prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

Kamran Əliyev qeyd edib ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi korrupsiyaya qarşı mübarizə baxımından vacib olan dövlət qurumları ilə bu sahədə əməkdaşlıq memorandumları imzalayıb. Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə memorandumlar artıq imzalanıb. Bu gün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında əməkdaşlıqla bağlı memorandumun imzalanması çox vacibdir. İnanıram ki, memorandum bu iki qurum arasında gələcəkdə fəaliyyət planına çevriləcək. Müxtəlif qurumlarla imzalanan memorandumların müsbət nəticələrini biz görürük. Qida Təhlükəsizliyi Agentliyi ilə bağlı onlardan daxil olan məlumat əsasında əməliyyat tədbirləri həyata keçirilib, qanunsuzluqların qarşısı alınıb, cinayət işləri başlanıb və digər qabaqlayıcı tədbirlər görülüb. Bu yaxınlarda belə bir birgə əməliyyat olub və onun nəticəsi barədə yaxın vaxtlarda mətbuata açıqlama veriləcək.

Kamran Əliyev qeyd edib ki, eyni zamanda, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

ilə bu yaxınlarda imzalanmış memorandum əsasında qanunsuz tikililərlə bağlı Baş İdarəyə artıq bir neçə məlumat daxil olub və cinayət işləri başlanıb. Hazırda istintaq aparılır. Gələcəkdə də qanunsuz fəaliyyətlərlə bağlı Baş İdarəyə məlumatlar daxil olarsa, zəruri tədbirlərin görülməsi təmin ediləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video