09 Oktyabr 2018 16:51
874
Səhiyyə
A- A+

Səhiyyə naziri DST Avropa Regional Komitəsinin 68-ci sessiyasında iştirak edib


İtaliyanın paytaxtı Roma şəhərində Dünya Səhiyyə Təşkilatı (DST) Avropa Regional Komitəsinin (ARK) 68-ci sessiyası keçirilib. Tədbirdə Azərbaycanı səhiyyə naziri Oqtay Şirəliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Səhiyyə Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Qlobal Fondla vərəm üzrə fəaliyyət planının müzakirələri zamanı Azərbaycanın müsbət təcrübəsi üzv ölkələr tərəfindən qeyd olunub.

Sessiya çərçivəsində O.Şirəliyevin Avropa Regional Komitəsinin və DST-nin Azərbaycan ofisinin yeni rəhbərliyi, habelə üzv ölkələrdən Avstriya, Türkiyə, Belarus və Özbəkistanın səhiyyə rəsmiləri ilə işçi görüşləri olub.

DST ARK İcraiyyə Komitəsinin iclasında bu quruma üzv seçilmiş ölkələrin nümayəndə heyətlərinin rəhbərləri sessiyanın gündəliyini, habelə DST ölkə ofislərinin strateji idarə mexanizmləri məsələlərini müzakirə ediblər.

Sessiyanın idarə heyəti təyin edildikdən sonra DST Avropa Regional Direktoru Jujanna Yakab hesabat ilə çıxış edib. O, Dünya Səhiyyə Assambleyasının qətnamələrinin Avropada həyata keçirilməsi, səhiyyənin maliyyələşməsi, səhiyyə proqramlarının həyata keçirilməsi üzrə donor ölkə və qurumlarla əlaqələrdən danışıb, sessiyada müzakirə ediləcək məsələlərdə DST rəhbərliyinin mövqe və tövsiyələri haqqında məlumat verib.

Çıxışda Daimi Komitənin proqram, büdcə və inzibati komissiyasının hesabatının layihəsi, infeksion və qeyri-infeksion xəstəliklərə qarşı mübarizə, DST islahatları və "Səhiyyə-2020” strategiyası barədə fikirlər də geniş yer alıb.

Sonra Daimi Komitənin hesabatı dinlənilib.

Tədbir iştirakçılarına müraciətlə çıxış edən DST Baş direktoru Tedros Gebreyesus rəhbərlik etdiyi qurumda gedən islahatlardan danışıb, onların davam etdirilməsində üzv ölkələrin ekspertlərinin daha yaxından iştirakının zəruriliyini vurğulayıb. Əsas donor ölkələrinin Avropa Regionunda olduğunu deyən Baş direktor problemin həllində bu region ölkələrinin müstəsna rolunu qeyd edib.

Tədbir əsnasında bir sıra aktual səhiyyə problemləri müzakirə edilib. Azərbaycan tərəfi gündəlikdəki "İctimai sağlamlıq”, "İnfeksion xəstəliklərə qarşı mübarizə”, "İmmunoprofilaktika”, "Vərəmə qarşı mübarizə” və "Beynəlxalq Səhiyyə Qaydaları” məsələlərinə dair çıxışlar edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video