Ücretsiz php script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış Hacklink satış

Alternative content

13:52 15 Oktyabr 2018
ONLINE XƏBƏR LENTİ
01:17 14.10.2018 İLHAM ƏLİYEV erası
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda Alman-Azərbaycan biznes forumu keçirilib
Bakıda Alman-Azərbaycan biznes forumu keçirilib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
16:47 09.10.2018

Oktyabrın 9-da Bakıda Azərbaycanda enerji və İKT üzrə Alman-Azərbaycan biznes forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən Almaniyanın Şərq Komitəsi və Şərqi Avropa İqtisadi Birliyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunan forumda Azərbaycan hökumətinin, o cümlədən yerli və alman şirkətlərinin 200-dək nümayəndəsi iştirak edib.
AHK Azərbaycanın icraçı direktoru Tobias Braumann deyib ki, builki forumun əsas mövzusunu enerji və İKT sektorlarında islahatlar və rəqəmsal transformasiya, o cümlədən tərəfdaşlıq üçün perspektivlər təşkil edir. O bildirib ki, forumun məqsədi alman şirkətləri və onların Azərbaycanlı tərəfdaşlarının layihə və təkliflərini təqdim etmək, müvafiq sahələrdə işgüzar əməkdaşlıq qurmaq üçün mövcud imkanları müəyyən etməkdir.

Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasov ölkənin enerji sektorunda yeni texnologiyaların tətbiqi barədə iştirakçılara məlumat varib. Nazir müavini enerji sahəsində Azərbaycan-Almaniya əməkdaşlığının inkişafında "Uniper” şirkətinin rolundan bəhs edib. O, enerji sahəsində əlaqələrin genişləndirilməsi üçün alternativ və bərpaolunan enerji mənbələri üzrə əməkdaşlıq potensialı, eləcə də energetika sektorunda aparılan islahatlarda Almaniya təcrübəsinin tətbiqindən danışıb.

N.Abbasov iki ölkə arasında əlaqələrin mövcud səviyyəsinin iqtisadi, xüsusilə enerji əməkdaşlığının genişləndirilməsi üçün əlverişli imkanlar yaratdığını bildirib. O, "Şahdəniz-2” çərçivəsində hasil ediləcək qazın alıcılarından birinin "Uniper” şirkəti olduğu xatırladılaraq, Azərbaycan qazının Avropaya nəqlində Cənub Qaz Dəhlizinin əhəmiyyətini vurğulayıb. Enerji sənayesinin əsas prioritetlərindən olan rəqəmsallaşmanın rolunu qeyd edən nazir müavini gələcək illərdə alman şirkətləri ilə əməkdaşlığın daha da genişlənəcəyini bildirib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparat rəhbəri Azad Cəfərli isə informasiya texnologiyaları və telekommunikasiya sahəsində görülən işlər barədə məlumat verib. Rəqəmsal layihələrin həyata keçirilməsi sahəsində atılan addımlardan danışan A.Cəfərli hazırda elektron xidmətlərin inteqrasiyası və qiymətləndidilməsi sahəsində işlərin davam etdiyini deyib.

Almaniyanın Azərbaycandakı Səfirliyinin Missiya rəhbərinin müavinin xanım Andrea Sühl Almaniyanın Federal Kansleri Angela Merkelin avqustda Azərbaycana rəsmi səfərinin iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafda mühüm əhəmiyyətə malik olduğunu bildirib. O, Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsində və iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsində Almaniyanın dəstəyini qeyd edib.

Sonra "Uniper” şirkətinin vitse-prezidenti Mixael Hilmer və SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov çıxış edərək iki şirkət arasındakı mövcud əməkdaşlıqdan danışıblar. "Uniper”in Azərbaycandakı fəaliyyəti barədə təqdimatla çıxış edən M.Hilmer ölkəmizlə əməkdaşlığın genişləndiriləcəyini deyib. V.Bəylərbəyov isə "Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində Almaniya şirkətlərinin iştirakını və Almaniyanın enerji təhlükəsizliyində Azərbaycanın rolunu vurğulayıb.

Neft-qaz sənayesində qlobal tendensiyalarla yanaşı, forumda enerji sektorunda innovasiyalar və iqtisadi islahatların aparıcı qüvvəsi kimi İKT sektoruna dair paralel müzakirələr aparılıb.