Ücretsiz php script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış Hacklink satış

Alternative content

08:55 16 Oktyabr 2018
ONLINE XƏBƏR LENTİ
02:31 16.10.2018 Bir rayonda iki mənzərə
02:27 16.10.2018 Nə yeyiriksə, oyuq
02:19 16.10.2018 Dövrün salnaməsi
02:17 16.10.2018 Vəzirzadə Nəcəf Bəy
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV NASA: Yer kürəsində “Kiçik buz dövrü” təkrarlana bilər
NASA: Yer kürəsində “Kiçik buz dövrü” təkrarlana bilər
ANA SƏHİFƏ / DÜNYA
16:32 09.10.2018

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) iqlimə dair aparılan yeni araşdırmalarla bağlı hesabat yayıb. Hesabatda Yer kürəsinin gələcək taleyi ilə əlaqədar həyəcan doğuran məqamlar öz əksini tapıb.

AZƏRTAC xəbər verir ki, tədqiqatın nəticələrinə görə, XVIII əsrdə baş vermiş "Kiçik buz dövrü” yenidən yaşana bilər. NASA mütəxəssisləri bu qənaətə Günəş ləkələri və Yer kürəsinin ən üst təbəqəsi olan termosferdə apardıqları araşdırmaların nəticələrinə əsasən gəliblər. Belə ki, termosfer qatının soyuyaraq daraldığı, günəş ləkələrinin isə ən aşağı hərəkətlilikdə olduğu müəyyənləşib. Müxtəlif dövrlərdə azalıb çoxalan bu ləkələr iqlimə təsir edir. Termosfer qatı hərəkətlilik çox olanda isinir, azalanda isə soyuyur. NASA alimləri belə bir fakta üç əsr əvvəl rast gəlindiyini və o dövrün tarixə "Kiçik buz dövrü” kimi keçdiyini deyiblər. Əgər vəziyyət belə davam edərsə, bir neçə ay ərzində rekord soyuqlar müşahidə olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov AZƏRTAC-a bildirib ki, indidən qış fəslinin necə keçəcəyi haqqında fikir bildirmək mümkün deyil: "Hər il qışın şaxtalı keçəcəyi ilə bağlı məlumatlar yayılır. Fəslin necə keçəcəyi ilə əlaqədar müəyyən ehtimallar ola bilər, lakin noyabrın sonunadək dəqiq açıqlama vermək düzgün deyil. Belə ki, dünyanın dörd böyük iqlim mərkəzi aparılan araşdırmaların nəticəsini birgə müzakirə edib yekun məlumatı məhz noyabrın sonlarında açıqlayacaq. "Kiçik buz dövrü” ilə bağlı informasiya isə absurddur. Azərbaycanda da kəskin soyuqların olacağı gözlənilmir”.

Ekoloq Məhərrəm Mehdiyev isə NASA alimləri ilə digər mütəxəssislərin bu barədə müxtəlif fikirlər yürütdüyünü deyib: "Bu il yanvar-fevral aylarında havaların elə də soyuq keçmədiyini nəzərə alaraq qarşıdan gələn qışın nisbətən sərt olacağı ehtimal edilə bilər. Lakin üç ay ərzində şaxtalı günlərin olacağı ilə bağlı proqnozlar inandırıcı deyil. NASA alimlərindən fərqli olaraq Rusiya, Türkiyə mütəxəssisləri qış fəslinin mülayim keçəcəyini deyiblər. Rusiya iqlimşünasları dekabr-fevral aylarında orta aylıq hərarətin -4° ilə -8° arasında dəyişəcəyini proqnozlaşdırırlar. Azərbaycana gəlincə isə, bəzi bölgələrdə ola bilər bir neçə gün temperatur -10°-nu ötsün, lakin bu il havanın çox sərt keçəcəyi gözlənilmir”.