Ücretsiz php script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış Hacklink satış

Alternative content

08:55 16 Oktyabr 2018
ONLINE XƏBƏR LENTİ
02:31 16.10.2018 Bir rayonda iki mənzərə
02:27 16.10.2018 Nə yeyiriksə, oyuq
02:19 16.10.2018 Dövrün salnaməsi
02:17 16.10.2018 Vəzirzadə Nəcəf Bəy
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 2019-cu ildə Bakıda keçiriləcək Bədii Gimnastika üzrə Avropa Çempionatının vaxtı dəyişdirilib
2019-cu ildə Bakıda keçiriləcək Bədii Gimnastika üzrə Avropa Çempionatının vaxtı dəyişdirilib
ANA SƏHİFƏ / İDMAN
16:30 09.10.2018

Avropa Gimnastika İttifaqının (UEG) İcraiyyə Komitəsi 2019-cu ildə Bakıda Bədii Gimnastika üzrə Avropa Çempionatının əvvəl nəzərdə tutulandan tez keçirilməsini qərara alıb.

AZƏRTAC UEG-in mətbuat xidmətində istinadla xəbər verir ki, çempionatın vaxtının dəyişdirilməsi Futbol üzrə Avropa Liqasının gələn il mayın 29-da Azərbaycan paytaxtında keçiriləcək finalı ilə bağlıdır.

Əvvəlcə nəzərdə tutulmuşdu ki, 2019-cu ildə Bakıda bədii gimnastika üzrə Avropa çempionatı mayın 31-dən iyunun 2-dək keçiriləcək.

Mətbuat xidmətinin məlumatında deyilir: "İcraiyyə Komitəsi Avropa Futbol Liqasının final mərhələsinin Bakıda keçirilməsi ilə əlaqədar Avropa çempionatının keçirilməsi tarixini dəyişməyi qərara alıb. Avropa birinciliyi mayın 16-dan 19-dək keçiriləcək”.
Xatırladaq ki, 2018-ci ildə bədii gimnastika üzrə Avropa çempionatı İspaniyanın Qvadalaxara şəhərində keçirilib.