Ücretsiz php script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış Hacklink satış

Alternative content

13:54 15 Oktyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bundestaqın saxlanması neçəyə başa gəlir?
Bundestaqın saxlanması neçəyə başa gəlir?
ANA SƏHİFƏ / DÜNYA
16:25 09.10.2018

2019-cu ildə Bundestaqın saxlanması alman vergi ödəyicilərinə 974 milyon avroya başa gələcək.
AZƏRTAC Almaniyanın Federal Hesablama Palatasının məlumatlarına istinadla xəbər verir ki, bu məbləğ keçənilkindən 100 milyon avro çoxdur.

Binaların saxlanması üçün 137 milyon avro planlaşdırılır. Fraksiyalara daha 112 milyon avro ayrılacaq. Deputatlara ödənişlərin ümumi məbləği isə 460 milyon avroya yaxın olacaq.

AZƏRTAC xəbər verir ki, bu maliyyələşdirmənin artırılmasının əsas səbəbi xalq elçilərinin sayının əhəmiyyətli dərəcədə artmasıdır. 2017-ci ilin sentyabrında keçirilmiş seçkilərdən sonra Bundestaqda 709 deputat fəaliyyət göstərir. Son 10 ildə deputatların sayı təqribən 100 nəfər artıb.

2012-ci ildə Federal Konstitusiya Məhkəməsi əvvəlki seçki sisteminin ölkənin Əsas Qanununa zidd olduğunu bildirib. Bu qərar belə adlandırılan "əlavə mandatlar” üzündən, "ikinci səslər”in (yəni partiya siyahılarına seçki dairələrində deyil, federal əyalətlərdə verilmiş səslərin) qeyri-mütənasib şəkildə paylanması ilə bağlı idi.

Bir il sonra seçki hüququnda aparılmış islahat nəticəsində kompensasiya mexanizmi tətbiq edildi – fraksiyaların say nisbəti "ikinci səslərin” hesablanması nəticələrinə uyğun olana qədər Bundestaqda yerlərin sayı artırılmağa başlandı. Nəticədə Almaniya parlamentində yerlərin sayı artmaqda davam edir, halbuki bu yerlərin nominal sayı 598-ə bərabərdir.