Ücretsiz php script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış Hacklink satış

Alternative content

08:55 16 Oktyabr 2018
ONLINE XƏBƏR LENTİ
02:31 16.10.2018 Bir rayonda iki mənzərə
02:27 16.10.2018 Nə yeyiriksə, oyuq
02:19 16.10.2018 Dövrün salnaməsi
02:17 16.10.2018 Vəzirzadə Nəcəf Bəy
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tramp “Dayandır və üstündə axtarış apar” praktikasını tətbiq etməyə çağırır
Tramp “Dayandır və üstündə axtarış apar” praktikasını tətbiq etməyə çağırır
ANA SƏHİFƏ / DÜNYA
14:16 09.10.2018

ABŞ Prezidenti Donald Tramp Çikaqoda cinayətkarlığın baş alıb getməsinə son qoyacağını vəd edib və Çikaqo polisinin hərəkətlərinə məhdudiyyətləri azaltmağa çağırıb. Ağ Evin rəhbərinin sözlərinə görə, polisin praktikasında "Dayandır və üstündə axtarış apar” qaydasının tətbiq olunması şübhəli şəxsləri dayandırıb onların üzərində axtarış aparmağa və potensial cinayətkarların üstündə olan silahdan istifadə edilənə qədər həmin silahı aşkar etməyə imkan verəcək.

AZƏRTAC xatırladır ki, 2015-ci ilin avqust ayında Çikaqo polisi "Dayandır və üstündə axtarış apar” praktikasına kənardan nəzarət edilməsinə razılaşıb. Bundan əvvəl Amerika Mülki Azadlıqlar İttiaqının hesabatında qeyd edilir ki, polis zabitləri afro-amerikan mənşəli şəxsləri qərəzli şəkildə saxlayırlar.

Trampın polisə daha çox sərbəstlik vermək barədə çağırışı 2014-cü ildə Çikaqodan olan ağdərili polis nəfəri qaradərili yeniyetməni qətlə yetirməkdə təqsirli bilinəndən üç gün sonra dərc edilmişdi. Bu çağırışın tərəfdarları bildirirlər ki, belə praktika qanunsuz silahları və digər qaçaqmalçılıq məhsullarını tapmağa, zorakı cinayətlərin qarşısını almağa kömək edir. Bu siyasətin əleyhdarları isə iddia edirlər ki, bu, azlıqlara münasibətdə ayrı-seçkilikdir. Çikaqo meri Ram Emanuelin nümayəndələri bildiriblər ki, son iki ildə Çikaqoda qətllərin sayı xeyli azalıb. Məlumata görə, 2016-cı ildə qətllərin sayı 771-ə çatmışdı. Bu, əvvəlki ildəkindən 60 faiz çoxdur.