Ücretsiz php script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış Hacklink satış

Alternative content

08:53 16 Oktyabr 2018
ONLINE XƏBƏR LENTİ
02:31 16.10.2018 Bir rayonda iki mənzərə
02:27 16.10.2018 Nə yeyiriksə, oyuq
02:19 16.10.2018 Dövrün salnaməsi
02:17 16.10.2018 Vəzirzadə Nəcəf Bəy
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mun Hi-sanq: “Azərbaycan ilə Koreyanı oxşar mədəniyyət və dəyərlər birləşdirir
Mun Hi-sanq: “Azərbaycan ilə Koreyanı oxşar mədəniyyət və dəyərlər birləşdirir
ANA SƏHİFƏ / PARLAMENT
01:13 09.10.2018


Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov Türkiyənin Antalya şəhərində Koreya Respublikası Milli Assambleyasının sədri Mun Hi-sanq ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Avrasiya ölkələri parlament sədrlərinin 3-cü toplantısı çərçivəsində keçirilən görüşdə nümayəndə heyətimizi səmimiyyətlə salamlayan Koreya parlamentinin sədri Mun Hi-sanq Azərbaycan Xalq Cümhuriyyətinin, eləcə də Cümhuriyyət parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə təbriklərini çatdırıb. Azərbaycan-Koreya münasibətlərinin 25 illik inkişaf dinamikasını yüksək dəyərləndirən spiker qeyd edib ki, Azərbaycan tarixi İpək yolunun bərpasında və genişlənməsində aparıcı rola malikdir. Ölkələrimiz coğrafi baxımdan uzaq olsalar da, onları oxşar mədəniyyət və dəyərlər birləşdirir.

Təbrikə və səmimi sözlərə görə Koreya parlamentinin sədri Mun Hi-sanqa təşəkkürünü ifadə edən Milli Məclisin Sədri Oqtay Əsədov ölkələrimiz arasında münasibətlərin dinamik inkişafından məmnunluğunu bildirib. O qeyd edib ki, Azərbaycan və Koreya arasında müştərək komissiyaların fəaliyyəti, birgə biznes forumların təşkili əməkdaşlıq əlaqələrinin genişlənməsi üçün böyük imkanlar yaradır. Azərbaycanın qeyri-neft sektorundakı inkişaf istiqamətləri barədə məlumat verən Milli Məclisin Sədri Oqtay Əsədov vurğulayıb ki, ötən il istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu və "Şimal-Cənub nəqliyyat dəhlizi” böyük perspektivə malikdir. Azərbaycan və Koreya şirkətləri birgə layihələr həyata keçirirlər. Azərbaycan xarici sərmayələr üçün açıqdır və bunun üçün ölkəmizdə münbit şərait yaradılıb.

Görüşdə, həmçinin Azərbaycan-Koreya əlaqələrinin inkişafı istiqamətində qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında, o cümlədən Koreya yarımadasındakı mövcud siyasi vəziyyət və Ermənistan-Azərbaycan münaqişəsinə dair fikir mübadiləsi aparılıb.