09 Oktyabr 2018 01:08
1289
İQTİSADİYYAT
A- A+

Fındığın bazarı olsa da...


Bugünkü qiymətlər nə istehsalçıları qane edir, nə də emal müəssisələrini


Artıq ölkə ərazisində fındıq yığımı yekunlaşma mərhələsindədir. Ümumilikdə istehsalçılar builki məhsuldan razıdırlar - həm kəmiyyət, həm də keyfiyyətinə görə. Bol və keyfiyyətli məhsul isə, sözsüz ki, emal müəssisələrinin də işinə yarayır. Bu halda onlar ixracyönümlü məhsul olan fındığı xarici tərəfdaşlarının qarşısına üzüağ çıxarır, qiymət məsələsində sözlərini arxayın deyə bilirlər.

Qərzəkli meyvələrin bol olduğu Qax rayonunda 9552 hektar fındıq bağı var. Onun 6228 hektarı bar verən, 600 hektarı cavan, 2724 hektarı isə təzə salınan bağlardır. Bu il üçün gözlənilən məhsul təqribən 5300 tondur.

Qaxdakı fındıq emalı müəssisələrindən birində olduq. "Ata-baba fabrik” MMC-nin icraçı direktoru Azər Əliyev dedi ki, bu il ümumilikdə məhsulla bağlı şikayətlənməyin yeri yoxdur. "Sentyabrdan məhsulun qəbuluna başlanıb. Müəssisənin gün ərzində 25-30 ton məhsul qəbul etmək imkanı var. Builki fındıq keyfiyyətinə görə də yaxşıdır” deyən A.Əliyev bildirdi ki, əsas tədarükçüləri rayonun Marsan, Turaclı, Küdüllü və Tasmalı kəndlərinin sakinləridir: "Müəssisədə işin həcmindən asılı olaraq işçilərin sayı dəyişir. Mövsümün qızğın dövründə burada 35-55 nəfər qadın, 10-15 nəfər kişi işləyir”.

Öyrəndik ki, fındıq qəbulu təxminən mart ayına kimi davam edir. Bunun da səbəbləri var. Bəzi fermerlər qiymət artımını gözləyərək fındığı gec təhvil verir və ya satışa az həcmdə çıxarırlar.

Müəssisənin satış bazarı əsasən Rusiya, İtaliya, Hollandiya və Almaniyadır. Hazırda Çexiya, İsveçrə və Çin Xalq Respublikasının əlaqədar qurumları ilə danışıqlar gedir ki, bu da beynəlxalq əhəmiyyətli qida sənayesi sərgilərində iştirakın nəticəsidir. Müəssisənin təmsilçiləri

AzPROMO-nun "Made in Azerbaijan” brendi altındakı bütün sərgilərdə iştirak edirlər. Onlar cari ildə Fransa, Rusiya, Almaniya, ÇXR-də, Birləşmiş Ərəb Əmirliklərində olublar.

Narahatlıq doğuran məqamlara gəldikdə, bu, fındığın alış və satış qiymətinin keçən illə müqayisədə aşağı olmasıdır. Bunun başlıca səbəbi dünya bazarının bir nömrəli fındıq istehsalçısı olan Türkiyə istehsalçılarının qiyməti diktə etmək imkanına malik olmalarıdır. Bu gün 1 kiloqram fındığın alış qiyməti 2,50-3 manat aralığında dəyişir. Beynəlxalq bazarlardakı tərəfdaşlardan fındıq emalçılarına 1 kiloqram fındıq üçün gələn təklif isə, daşınma da daxil olmaqla, 5 ABŞ dolları təşkil edir. Bu da keçənilki və bu ilin əvvəlinə olan qiymətlə müqayisədə azdır. Qiymətlərin aşağı olması isə nə istehsalçılara, nə də emalçılara sərf edir.

Əli SƏLİMOV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video