Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

23:20 11 Dekabr 2018
ONLINE XƏBƏR LENTİ
18:20 11.12.2018 İrlandiyada vergi sistemi
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qazax tütünçüləri bol məhsul yetişdirmişlər
Qazax tütünçüləri bol məhsul yetişdirmişlər
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:07 09.10.2018


Ölkəmizdə qeyri-neft sektorunun dinamik inkişafı, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər artıq öz bəhrəsini verir. Xüsusilə kənd təsərrüfatında həyata keçirilən islahatlar, aqrar sahədə çalışanlara göstərilən dövlət dəstəyi qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsində müsbət irəliləyişlərə səbəb olmuş, eyni zamanda ixrac potensialına da müsbət təsir göstərmişdir. Artıq bir neçə ildir ki, respublikamızın ixrac məhsulları sırasına tütün də əlavə edilmişdir.

İqtisadi cəhətdən gəlirli sahə olan tütünçülüyün inkişaf etdirilməsi əhalinin güzəranına da müsbət təsir göstərmişdir. İndi tütün yetişdirilən rayonlardan biri Qazaxdır. Əlverişli torpaq-iqlim şəraitinin olması tütünçülüyün inkişafına təkan vermiş, insanların bu gəlirli sahəyə maraqlarını artırmışdır. Nəticədə bu il tütün istehsalı əvvəlki illərlə müqayisədə xeyli çoxalmışdır. "Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nın qəbulundan sonra rayonda bir sıra məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Əkin sahələri genişləndirilmiş, daha məhsuldar sortların əkininə başlanılmışdır.

Əgər 2016-cı ildə cəmi 10 hektar sahədə tütün əkilmişdisə, 2017-ci ildə bu rəqəm 50 hektara çatdırılmışdı. Bütün aqrotexniki tədbirlər vaxtında həyata keçirilməklə 80 tondan çox məhsul götürülmüşdür. Əldə etdikləri qazancdan razı qalan tütünçülər bu il əkin sahələrini genişləndirərək 60 hektara çatdırmışlar. Kosalar kəndində 32 hektar, Qazaxbəyli kəndində 8 hektar, İkinci Şıxlı və Çaylı kəndlərinin hərəsində 1 hektar, Birinci Şıxlı, Aşağı Salahlı, Hüseynbəyli, Daş Salahlı, Alpout kəndlərinin hər birində 2 hektar, Dəmirçilər kəndində 1,5 hektar, Cəfərli kəndində 2,5 hektar və Fərəhli kəndində 4 hektar tütün əkilmişdir.

Hazırda rayonda tütün yığımı davam edir. İndiyədək 8 tona yaxın quru tütün təhvil verilmişdir. Birinci Şıxlı "Kəndli fermer təsərrüfatı” MMC yığımda bu il də fərqlənib. Fərəhli kəndinin sakini Faxrəddin İbrahimov isə tütün sahələrindən 500 kiloqramdan çox məhsul toplamışdır.

Hazırda rayonda yığımla bərabər qurudulma prosesi gedir. Yaxın vaxtlarda fermerlər qurudulmuş tütünün təhvilinə başlayacaqlar.


Sabir ƏLİYEV,

"Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM