Ücretsiz php script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış Hacklink satış

Alternative content

08:55 16 Oktyabr 2018
ONLINE XƏBƏR LENTİ
02:31 16.10.2018 Bir rayonda iki mənzərə
02:27 16.10.2018 Nə yeyiriksə, oyuq
02:19 16.10.2018 Dövrün salnaməsi
02:17 16.10.2018 Vəzirzadə Nəcəf Bəy
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yelkənli idman növündə yüksəliş mərhələsi
Yelkənli idman növündə yüksəliş mərhələsi
ANA SƏHİFƏ / İDMAN
01:00 09.10.2018

Federasiya kuboku uğrunda yarış uğurla yekunlaşdı


Son 15 ildə digər sahələrdə olduğu kimi, Azərbaycan idmanının tarixində də şanlı səhifələr yazılıb. Ötən dövr ərzində ölkəmizdə idmanın və olimpiya hərəkatının inkişafında böyük canlanma müşahidə olunub.
Gələcəyə hesablanmış idman siyasəti ölkəmizdə sağlam nəsil və böyük idmançı ordusu formalaşdırıb. Bütün bunlar Azərbaycanda həyata keçirilən idman siyasəti, həmçinin idmanın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğının məntiqi nəticəsidir. İdman strukturunun yenidən qurulması, yeni-yeni idman obyektlərinin, olimpiya idman komplekslərinin inşa edilməsi bu sahənin inkişafı ilə bağlı möhkəm təməl yaradıb.
Ölkəmizin bütün bölgələrində müasir idman infrastrukturu formalaşdırılıb. İdmançıların dövlət tərəfindən daim qayğı ilə əhatə olunması, onların bütün problemlərinin həll edilməsi, yüksək səviyyəli təlim-məşq toplanışlarının keçirilməsi onların beynəlxalq turnirlərdə yüksək nəticələr əldə etməsini təmin edir.
Prezident İlham Əliyevin ümummilli inkişafa xidmət edən siyasi xəttinin konturları həm də idmanın infrastrukturunun möhkəmləndirilməsini, müasirləşdirilməsini və idmanın inkişafını şərtləndirən digər tədbirlərlə müşayiət olunur. Bütövlükdə cəmiyyətdə idmançılara müsbət münasibət və böyük hörmət var. Bu gün paytaxtda və bölgələrdə müasir standartlara cavab verən olimpiya idman mərkəzlərinin fəaliyyət göstərməsi gənclərə, yeniyetmələrə, eyni zamanda, idmançılara yaradılan şəraitin parlaq nümunəsidir.
Sevindirici haldır ki, Azərbaycanın idman potensialı ildən-ilə daha da güclənir. Hər il beynəlxalq yarışlarda yüzlərlə medal qazanılır. İdmançılar müxtəlif beynəlxalq turnirlərdə yüksək nəticələr əldə edirlər. Təkcə ötən il atletlərimizin beynəlxalq yarışlarda 851 medal (onlardan 347-si qızıl medaldır) qazanmaları onu göstərir ki, idmanın inkişafı dinamik xarakter daşıyır və idmançılarımız ardıcıl olaraq böyük qələbələr qazanmağa qadirdilər.
Azərbaycan Yelkənli İdman Federasiyasının rəhbərliyinin məqsədyönlü fəaliyyəti nəticəsində bu idman növü də ölkəmizdə uğurla inkişaf etməkdədir. Məhz rəhbərliyin əzmkarlığı sayəsində yelkənli idman növünə olan münasibət istər ölkə daxilində, istərsə də dünyada əsaslı şəkildə dəyişməkdədir.
Aktiv bazası 2014-cü ildən etibarən fəaliyyətə başlayan Azərbaycan Yelkənli İdman Federasiyasının əsas məqsədi hər zaman maddi texniki bazanı gücləndirmək, məşqçi korpusunu formalaşdırmaq, komandaya yeni idmançıları cəlb etmək olub. Azərbaycan Yelkənli İdman Federasiyasında hazırda "Optimist” və "Laser” sinifləri üzrə iki komanda formalaşıb. Bu siniflər üzrə ayrı-ayrılıqda, xaricdən dəvət edilən 2 baş məşqçi fəaliyyət göstərir. Məhz xaricdən dəvət edilən idman menecerləri, yüksək göstəricilərə malik mütəxəssislərin köməyi ilə komandaların məşqləri keçirilir.
Məqsədlərə çatmaq üçün federasiya rəhbərliyi tərəfindən qabaqcıl Avropa şirkətlərindən yelkənli idman üzrə qayıqların gətirilməsi, eyni zamanda, qısa müddət ərzində beynəlxalq səviyyəli məşqçilərin Azərbaycana dəvət edilməsi təmin edilib.
Sevindirici haldır ki, artıq yelkənli idman növündə ölkə-daxili yarışlar silsilə xarakteri daşımağa başlayıb. Azərbaycan Yelkənli İdman Federasiyası tərəfindən təşkil olunan Federasiya kuboku üzrə iki gün ərzində "Laser” və "Optimist” siniflərinin yarışı keçirilib, "Windsurf sinfi”nin nümayişi olub. Yarışda həmçinin "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin "Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun "Laser-standard” sinifi üzrə komandası da iştirak edib. Çətin hava şəraitində gərgin mübarizə aparan yelkənçilər yarışı uğurla başa vurublar.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın yekununda "Optimist”, "Laser 4.7”, "Laser Standart” sinifləri üzrə yarışın qalibləri mükafatlandırılıblar. "Optimist” sinfi üzrə qaliblər Yelkənli İdman Federasiyasının üzvləri Ömər İsmayılov, Səxavət Əzimov və Fidan Ağazadə olublar.
"Laser 4.7” sinfi üzrə isə qalib adına da Yelkənli İdman Federasiyasının idmançıları İsmayıl Kərimov, Cavid Kərimov və Murad Allahverdi layiq görülüblər.
"Laser Standart” sinfi üzrə qaliblər isə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin "Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun idmançıları Mixail Protasov, Tofiq Abdullayev və Ruslan Əzizov olublar.
Xatırladaq ki, yarış idman koordinatoru, hakim Burcu Algon Giorgianni, "Optimist” sinfinin baş məşqçisi Seyhun Yıldız, "Laser 4.7” sinfinin baş məşqçisi Tuğçe Subaşı, "Laser srandard” sinfinin baş məşqçisi Tatyana Srebnaya, köməkçi məşqçilər Aleksandr Knyazev, Anton Vilyayev tərəfindən idarə olunub.
Yelkənli İdman Federasiyası komandanın hazırlığı, o cümlədən yerli məşqçilərin təcrübə qazanması məqsədi ilə təlim-məşq toplanışları da təşkil edir. Məşqlərin yüksək keyfiyyətli olması və bu istiqamətdə peşəkarlığın artırılması məqsədilə beynəlxalq səviyyəli məşqçi, 6 dünya və 4 Avropa çempionatının qalibi, 30 il məşqçi kimi fəaliyyət göstərən Dragan Gasic Yelkənli İdman Federasiyası tərəfindən təlimə cəlb edilmişdi.
Xatırladaq ki, Azərbaycanı hər zaman beynəlxalq yarışlarda uğurla təmsil edən Yelkənli İdman Federasiyasının yelkənçiləri Qazaxıstanın Aktau şəhərində keçirilən "Xəzər Kuboku Beynəlxalq Yelkən Yarışı”nda yüksək nəticələr göstərərək 1, 2, 3, 4 cü yerlər üzrə kuboklara sahib olublar. Təqdim olunan bütün kuboklara sahib çıxan yelkənçilərimizin yarışlarda fədakar iştirakı beynəlxalq səviyyəli məşqçilərin diqqətini cəlb edərək xüsusi rəğbətlə qarşılanmışdı. Yelkənli İdman Federasiyasının gənc yelkənçisi Kristina Kərimova isə Sloveniyada keçirilən "Easter Regatta” adlı beynəlxalq yarışda 139 idmançı arasından 4-cü yerdə qərarlaşaq yüksək nəticə göstərmişdi.
Şübhə yoxdur ki, yelkənli idman növü ölkəmizdə gələcəkdə daha da inkişaf edəcək və idmançılarımız Azərbaycana yeni-yeni uğurlar qazandıracaq. Çünki dövlət başçısı İlham Əliyevin ölkədə bədən tərbiyəsi və idmanın inkişafı sahəsində gördüyü genişmiqyaslı tədbirlər Azərbaycanı dünyaya idman ənənələri olan ölkə kimi də tanıtdırıb. Bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsi uğurlarımızı artırmaqdadır.

Elçin CƏFƏROV,
"Azərbaycan”