09 Oktyabr 2018 00:58
266
İQTİSADİYYAT
A- A+

Turizm sərgisində Azərbaycan pavilyonu böyük maraqla qarşılanıb


Pakistanın Kəraçi şəhərindəki Expo Mərkəzində "Pakistan Travel Mart” turizm sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgidə Pakistan, Malayziya, Vyetnam, Şri-Lanka, Tailand, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, İran, Səudiyyə Ərəbistanı və digər ölkələri təmsil edən bir sıra turizm, sığorta şirkətləri, hotellər, aviaşirkətlər öz xidmətlərini nümayiş etdiriblər.

Azərbaycanın Pakistandakı səfirliyinin əməkdaşlarının da qatıldığı sərgidə ikinci böyük heyətlə iştirak edən ölkəmiz ilk dəfə olaraq Azərbaycan Turizm Assosiasiyası (AZTA) və 18 müxtəlif turizm şirkəti və hotel nümayəndələrindən ibarət 30 nəfərlə təmsil olunub.

Azərbaycanı təmsil edən şirkətlərin stendləri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. AZTA-nın üzvləri Azərbaycana aid stendlərlə maraqlanan hər bir iştirakçıya ölkəmizin turizm sənayesində müşahidə olunan inkişaf, ildən-ilə artan turist axını, eləcə də ölkədə hökm sürən sabitlik və təhlükəsizlik şəraiti barədə geniş məlumat veriblər.

Sərgi çərçivəsində müxtəlif mövzularda konfranslar və beynəlxalq forum da təşkil olunub. Tədbirlərdə və Pakistanın Xeybər-Paxtunxva və Gilgit-Baltistan əyalətlərinin turizm üzrə nazirlərinin iştirakı ilə təşkil edilmiş şam yeməyində çıxış edən Azərbaycan nümayəndələri təşkilatçılara öz təşəkkürlərini çatdırıb, ölkəmizdə xüsusən son illərdə turizm sahəsində əldə olunan inkişafı və ölkəyə gələn turistlərin sayındakı ciddi artımın olduğunu vurğulayıblar.

Forumda iştirak edən Pakistanın Sind əyalətinin təhsil, mədəniyyət və turizm naziri Azərbaycanda turizm sektorunda əldə olunmuş inkişafı və həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.

Sərgidə iştirakçılara səfirliyimizin Azərbaycan və turizmə aid hazırladığı bukletlər, eləcə də ATA-nın və turizm şirkətlərinin müxtəlif təbliğat materialları paylanılıb.

Məlumat üçün bildirək ki, son iki ildə Pakistandan ölkəmizə gələn turistlərin sayında 8 dəfədən çox artım müşahidə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video