Alternative content

08:18 24 Oktyabr 2018
ONLINE XƏBƏR LENTİ
00:53 24.10.2018 Hədəflər dəf olunur
19:45 23.10.2018 Təmizlik sağlamlıqdır
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Buenos-Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının açılış mərasimi olub
Buenos-Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının açılış mərasimi olub
ANA SƏHİFƏ / İDMAN
00:56 09.10.2018


Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib. Olimpiadanın açılış mərasimi paytaxtın mərkəzi küçələrinin birində - 9 iyul prospektində təqribən 200 mindən çox insanın iştirakı ilə Olimpiya oyunları tarixində ilk dəfə olaraq idman festivalı çərçivəsində təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Olimpiadanın Təşkilat Komitəsi açılış mərasimini bu formatda keçirməklə kütləvilik baxımından həm Oyunların, həm də Olimpiya hərəkatının təbliğinə və inkişafına böyük töhfə verib. Buenos-Ayresin mərkəzi küçələrinin birində keçirilən açılış mərasimini 200 mindən çox insanın canlı olaraq, əsasən öz ailə üzvləri ilə birlikdə izləməsi də bu möhtəşəm tədbirin əhəmiyyətini xüsusilə artırıb.

Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edən ölkələrin milli bayraqları milli komandaların müşayiəti ilə təntənəli şəkildə tribuna önündən aparılıb. Azərbaycan Respublikasının Dövlət bayrağını boksçumuz Nurlan Səfərov daşıyıb.

Olimpiadanın açılış mərasimində Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax çıxış edərək bu Oyunların əhəmiyyətini qeyd edib və yeniyetmə idmançılara yarışlarda uğurlar arzulayıb. Argentinanın məşhur idmançıları Pedro İbarra və Sesilia Karrantsa Olimpiya məşəlini 1936-cı ildə şəhərin 400 illiyi münasibətilə inşa edilmiş və yerli sakinlər tərəfindən El Obelisco adlandırılan abidənin önündə alovlandırıblar. Argentina Prezidenti Maurisio Makri Oyunları açıq elan edib və möhtəşəm açılış mərasimi maraqlı proqramlarla davam edərək başa çatıb.

Yeniyetmələrin III Yay Olimpiya Oyunları Beynəlxalq Olimpiya Komitəsinin dəstəyi və himayəsi ilə 14-18 yaşlı idmançılar arasında keçirilir. Azərbaycan idmançıları bu Oyunlarda ilk gündən - 2010-cu ildən iştirak edir. 2010-cu il avqustun 14-dən 26-na kimi Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunları yeniyetmə idmançıların, idmansevərlərin yaddaşında həmişəlik qalıb. İdman və Olimpiya Oyunlarının tarixinə qızıl hərflərlə yazılan bu olimpiadada yeniyetmələr dostluq, qardaşlıq, bir-birinə hörmət, məhəbbət nümayiş etdiriblər. Onlar bir daha sübut ediblər ki, idman ayrı-ayrı xalqların, dövlətlərin arasında sülh, əməkdaşlıq, mehriban münasibət yaradan bir qüvvədir.

Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında isə 206 ölkədən 3998 idmançı 32 idman növündə qüvvəsini sınayır. Yarışların keçirilməsi əsasən dörd ərazi - Urban, Yaşıl, Teknopolis və Olimpiya parkları üzrə planlaşdırılıb. Azərbaycan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında 17 idmançı ilə təmsil olunur. Yarışların ilk günü yeniyetmə idmançılarımız cüdo, stolüstü tennis, taekvondo, idman gimnastikası üzrə yarışlarda qüvvələrini sınayıblar. Əvvəlcə cüdoçularımız Vüsalə Kərimova (44 kq) və Vüqar Talıbov (66 kq) rəqibləri ilə münasibətlərinə aydınlıq gətiriblər. Vüsalə Kərimova son nəticədə yarışları 7-ci yerdə başa vursa da, Vüqar Talıbov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

Yarışları Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer və digər rəsmi şəxslərlə yanaşı, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev, SOCAR-ın vitse-prezidenti Rəfiqə Hüseynzadə, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri, Olimpiya çempionu Fərid Mansurov da izləyiblər.