Ücretsiz php script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış Hacklink satış

Alternative content

08:55 16 Oktyabr 2018
ONLINE XƏBƏR LENTİ
02:31 16.10.2018 Bir rayonda iki mənzərə
02:27 16.10.2018 Nə yeyiriksə, oyuq
02:19 16.10.2018 Dövrün salnaməsi
02:17 16.10.2018 Vəzirzadə Nəcəf Bəy
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bağdadda beş partlayış
Bağdadda beş partlayış
ANA SƏHİFƏ / DÜNYA
19:35 08.10.2018


İraqın paytaxtı Bağdadın müxtəlif rayonlarında baş vermiş beş partlayış nəticəsində azı 3 nəfər həlak olmuş, 12 nəfərdən çox adam yaralanmışdır. Bu barədə "əl-Suməriyyə” telekanalı xəbər verir.

Məlumata görə, srağagün axşam paytaxtın şimalında Səba Əbkər rayonunda "Toyota Coaster” mikroavtobusuna qoyulmuş partlayıcı qurğu işə düşmüşdür. Nəticədə 5 nəfər yaralanmışdır.

Bundan əlavə, Bağdadın cənubunda Əbu Dəşir rayonunda partlayıcı qurğunun detonasiyası zamanı 2 nəfər həlak olmuş, bir neçə adam yaralanmışdır.

Paytaxtın şimalında, Malik Əştər meydanının yaxınlığında partlayış nəticəsində bir nəfər həlak olmuş, bir nəfər yaralanmışdır.

İki nəfər şəhərin şimalında, Şüalə rayonunda, 4 nəfər isə paytaxtın cənubunda, Rəşid rayonunda yük maşınlarının partladılması zamanı xəsarət almışdır.