Ücretsiz php script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış Hacklink satış

Alternative content

13:52 15 Oktyabr 2018
ONLINE XƏBƏR LENTİ
01:17 14.10.2018 İLHAM ƏLİYEV erası
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Floridada fövqəladə vəziyyət elan olundu
Floridada fövqəladə vəziyyət elan olundu
ANA SƏHİFƏ / DÜNYA
19:34 08.10.2018

ABŞ-ın Florida ştatının hakimiyyət orqanları "Maykl” tropik qasırğasının güclənməsi ilə əlaqədar 67 rayonun 26-da fövqəladə vəziyyət elan etmişdir. Bu barədə "RİA Novosti” agentliyi xəbər verir.

Ştatın qubernatoru Rik Skottun saytında dərc olunmuş müraciətdə deyilir: "Qubernator Skott fövqəladə vəziyyət elan etməklə zəmanət verir ki, ştat və yerli hökumət bu qasırğaya hazırlaşmaq üçün kifayət qədər vaxt və resurs alacaq”.

ABŞ Milli Qvardiyasının 500 üzvü qasırğanın vuracağı rayonlarda planlaşdırma, logistika və təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına hazırlıq işlərində kömək edəcək. Bundan əlavə, Florida Milli Qvardiyasının 5500 üzvü də zərurət yaranacağı halda səfərbərliyə hazırdır.

ABŞ-ın qasırğaların izlənməsi üzrə milli mərkəzi xəbər verir ki, hazırda "Maykl” Meksikanın Konsumel adasının 170 kilometr cənub-şərqində və Kubanın 230 kilometr cənub-qərbindədir. Küləyin maksimal sürəti saatda 95 kilometrdir. Qasırğa saatda 7 kilometr sürətlə şimala doğru hərəkət edir.