Alternative content

08:15 24 Oktyabr 2018
ONLINE XƏBƏR LENTİ
00:53 24.10.2018 Hədəflər dəf olunur
19:45 23.10.2018 Təmizlik sağlamlıqdır
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Voleybol üzrə dünya çempionatında millimizin yer aldığı “F” qrupunda ilk oyunlar başa çatıb
Voleybol üzrə dünya çempionatında millimizin yer aldığı “F” qrupunda ilk oyunlar başa çatıb
ANA SƏHİFƏ / İDMAN
21:40 07.10.2018

Yaponiyada keçirilən voleybol üzrə qadınlar arasında dünya çempionatının ikinci mərhələsində Azərbaycan millisinin yer aldığı "F” qrupunda ilk oyunlar başa çatıb.

AZƏRTAC xəbər verir ki, Osaka şəhərində "F” qrupunda keçirilən oyunlarda Rusiya komandası Türkiyə yığmasına 3:0 (25:15, 25:17, 25:16), ABŞ millisi Bolqarıstan komandasına 3:0 (25:16, 25:17, 25:11) hesabları ilə qalib gəlib.

Günün digər görüşündə Çin komandası Tailand yığmasını 3:0 (28:26, 25:20, 25:23) hesabı ilə məğlub edib.

"F” qrupunda ilk oyundan sonra İtaliya komandası 18 xalla birinci, ABŞ millisi 16 xalla ikinci, Çin yığması 15 xalla üçüncü yerdə qərarlaşıblar. Azərbaycan millisi 6 xalla yeddinci yerdədir.

Cədvələ əsasən, oktyabrın 8-də Azərbaycan millisi Çin, Bolqarıstan komandası Rusiya, Tailand yığması isə İtaliya voleybolçuları ilə qarşılaşacaq. Millimizin Çin yığması ilə görüşü Bakı vaxtı ilə saat 11:10-da başlanacaq.

Qaydalara görə, ikinci mərhələdə qrup daxilində I-III yerləri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaq.