07 Oktyabr 2018 21:37
413
CƏMİYYƏT
A- A+

“Az avtomobil, çox həyat” devizi altında keçirilən veloyürüşə 200-dən çox iştirakçı qatılıb


Oktyabrın 7-də Bakıda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü, Dövlət Təhlükəsizliyi Xidmətinin, IDEA İctimai Birliyinin, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyinin, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin, Azərbaycan Velosiped İdmanı Federasiyasının, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Respublika Olimpiya Velosiped Məktəbinin, "EkoSfera” Sosial-Ekoloji Mərkəzinin və "Isma Bike” şirkətinin iştirakı ilə "Az avtomobil, çox həyat” devizi altında veloyürüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva veloyürüşün keçirilməsində məqsədin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına dair Paris Razılaşmasından irəli gələn öhdəliyin yerinə yetirilməsinə diqqət çəkmək, istilik effekti yaradan qazların azaldılmasına töhfə vermək və avtomobilsiz istirahət günü ənənəsini təbliğ etmək olduğunu deyib. O bildirib: "Hazırda atmosferə atılan qaz emissiyalarının miqdarına görə energetikadan sonra nəqliyyat sahəsi öndə gedir. 1990-cı illərdən etibarən nəqliyyat sahəsi vasitəsilə atmosferə atılan zərərli qaz emissiyalarının miqdarı 33 faiz artıb. İqlim dəyişikliyi üzrə Paris Razılaşmasına əsasən ölkələr 2030-cu ilədək istilik effekti yaradan qaz emissiyalarının miqdarını 35 faiz azaltmağı könüllü olaraq öhdəliklərinə götürüblər. Azərbaycan da həmin ölkələr sırasındadır. Ümumiyyətlə, təkcə nəqliyyat deyil, digər sahələrin də atmosferi çirkləndirməsinin qarşısı alınmalıdır. Bugünkü veloyürüş də istilik effekti yaradan qazların miqdarının azaldılmasına töhfə vermək məqsədi daşıyır”.

Sonra U.Tağıyeva və Respublika Olimpiya Velosiped Məktəbinin rəhbəri Faiq Qurbanov veloyürüş iştirakçılarına təhlükəsizlik qaydalarını izah ediblər.

Veloyürüş Azneft meydanından start götürüb və Heydər Əliyev Mərkəzinədək davam edib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və təşkilatın İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb və təşkilatçılara minnətdarlığını bildirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi veloyürüşün təşkilatçılarını diplomlarla, tədbir iştirakçılarını isə təşəkkürnamələrlə təltif edib. Təltif olunanlar arasında AZƏRTAC-ın əməkdaşı da var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova AZƏRTAC-a müsahibəsində nazirliyin təşəbbüsü ilə keçirilən veloyürüşün müvəffəqiyyətlə başa çatdığını deyib, aksiyaya dəstək olan bütün təşkilatçılara və iştirakçılara minnətdarlığını bildirib. Mətbuat katibi veloyürüşə 200-dən çox iştirakçının qatıldığını qeyd edib, aksiyanın ətraf mühitin qorunmasına, atmosferin mühafizəsinə diqqəti çəkmək və sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıdığını vurğulayıb.

Aksiya iştirakçılarından olan Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının nəzdindəki Velosiped İdman Klubunun sədri Vüqar Salahov bildirib ki, hava şəraitindən asılı olmayaraq bu gün veloyürüş uğurla yekunlaşıb. "Mütəmadi olaraq belə tədbirlərdə iştirak edirik. Ümidvarıq ki, bu cür aksiyaların keçirilməsi ənənəvi hal alacaq. Velosiped nəqliyyat vasitəsi kimi həm ekoloji təmizdir, həm də tıxacların qarşısını almaq üçün sərfəlidir. Ona görə də belə maarifləndirici aksiyaların keçirilməsini dəstəkləyirik”, - deyə V.Salahov qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video