07 Oktyabr 2018 11:19
941
Səhiyyə
A- A+

İnnnabın yarpağı, qabığı və həlimi çox xeyirlidir


İnnab çox faydalı, uzunömürlü və faydalı bitkidir. Sarı-qırmızı rəngli, şirin dadlı və xoş ətirli meyvələrinin çox mühüm müalicəvi əhəmiyyəti var. İyunun əvvəlində çiçək açır, meyvələri oktyabrda yetişir.

AZƏRTAC xəbər verir ki, xalq təbabətində innab mürəbbəsi quru öskürəyə qarşı sinəyumuşaldıcı vəsitə kimi işlədilir. Qurudulmuş innabın yarpaqları çay kimi dəmlənilərək sidik kisəsinin iltihabında qəbul edilir. İnnabın meyvələri qan təzyiqini aşağı salmaq üçün yaxşı vasitədir.

İnnab gec və çətin həzm olunsa da, faydalı cəhətləri çoxdur. Vaxtilə Şah Süleyman Səfəvinin həkimi olmuş Məhəmməd Mömin innab üçün deyib: "İnnabın meyvəsi boğaz və ağ ciyərə xeyirlidir, qanı təmizləyir və onun əmələ gəlməsinə səbəb olur. Sidikqovucu vasitə kimi böyrək xəstəliklərində faydalıdır. Ancaq innab gec həzm olunur. Onu çox yeyəndə köp verir. Yaxşı həzm olunması üçün yeməkdən əvvəl gülabda islatmaq lazımdır. Mütəmadi olaraq həddindən çox yeyiləndə kişilərdə cinsi qabiliyyəti zəiflədir".

Elmi təbabətin gətirdiyi dəlillərə əsasən, innab ağacının yarpaqları mikrobları məhv edir. Meyvənin isti həlimi öskürək zamanı içilir. Onu, həmçinin yüksək qan təzyiqi zamanı da məsləhət görürlər. İnnabın içində olan lifli maddələr tullantıları, artıq xolesterini və ağır metalları orqanizmdən çıxarır. O, ödün ifrazı və çıxması prosesinə təsir edir. İnnab qara ciyər, hipertoniya, tənəffüs orqanları xəstəliklərində sinəni və bəlğəmi yumşaldır. İnnabın yarpaq və qabığının həlimi dəri xəstəliklərində istifadə olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video