07 Oktyabr 2018 00:33
697
Mədəniyyət
A- A+

İtaliyalı dirijor Alvize Kazellati Heydər Əliyev Mərkəzində çıxış edib


Oktyabrın 5-də Heydər Əliyev Mərkəzində tanınmış italiyalı dirijor Alvize Kazellatinin rəhbərliyi ilə konsert proqramı təqdim olunub.

AZƏRTAC xəbər verir ki, konsertdə Alvize Kazellatinin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında musiqilər səsləndirilib. Azərbaycanın xalq artisti, pianoçu Murad Adıgözəlzadə konsertdə solist olaraq çıxış edib. Musiqisevərlərin iştirak etdiyi gecədə dünya mədəniyyətinin dühalarından olan Volfqanq Amadey Motsart və Antonin Dvorjakın əsərləri səsləndirilib. Həyatın sevincli və kədərli anlarını, şən gülüş və faciə obrazlarını eyni təsir gücü ilə canlandıran hər iki bəstəkarın əsərləri yüzillərdir insanları heyran edir. Dünyada elə bir adam yoxdur ki, bu iki dühanın bəstələdiyi musiqilər onu riqqətə gətirməsin.

Konsert barədə təəssüratlarını bölüşən Alvize Kazellati deyib: "Belə bir peşəkar orkestrlə səhnəni bölüşmək çox xoş oldu. Bizim Bakıda olduğumuz müddətdə birgə gördüyümüz işin nəticəsi qonaqlar tərəfindən müsbət qarşılandı. Tamaşaçıların alqışları bunu bir daha təsdiqlədi. Heydər Əliyev Mərkəzi çox möhtəşəm binadır. Bu cür fərqli memarlıq üslubuna malik binada konsert vermək çox xoş oldu. Çünki bina həm daxildən, həm də xaricdən fantastik binadır. Bu cür gözəl tikilinin İtaliyada olmasını çox arzulayıram. Mən deyərdim ki, Bakı gələcəyi simvolizə edən, eyni zamanda modern şəhərdir. Şəhəriniz çox xoşuma gəldi”.

Qeyd edək ki, Alvize Kazellatinin dirijor kimi debütü C.Rossininin "Sevilya bərbəri” operası ilə olub. O, İtaliyanın ən mühüm teatrlarında və nüfuzlu festivallarında çıxış edir. ABŞ-ın Nyu York və digər şəhərlərində İtaliya operasının təbliği məqsədilə hər il tədbirlər keçirən "Central Park Summer Concerts” təşkilatının prezidenti və bədii rəhbəridir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video