07 Oktyabr 2018 00:27
2046
ELANLAR
A- A+

“AzerGold” QSC yazı müsabiqəsində fərqlənən tələbələri mükafatlandırıb


"AzerGold” QSC-nin inzibati binasında "Mənim təcrübə hekayəm” adlı yazı müsabiqəsinin yekunlarına həsr olunan tədbir baş tutub. Cəmiyyətin mərkəzi ofisində və Çovdar filiz emalı sahəsində istehsalat təcrübəsi keçən tələbələr arasında keçirilən sayca ikinci yazı müsabiqəsində ADA və Azərbaycan Dövlət Neft və Sənaye Universitetini (ADNSU) təmsil edən tələbələr iştirak edərək, öz yazılarında istehsalat təcrübəsi haqqında təəssüratlarından və topladıqları biliklərdən ətraflı söz açıblar.

Yazıların bədii və ədəbi keyfiyyəti, informasiya dolğunluğu və digər meyarlar əsasında qiymətləndirilməsi nəticəsində birinci yeri ADNSU-nun geologiya fakültəsində təhsil alan İsmayıl İsmayılov, ikinci yeri ADA-nın iqtisadiyyat fakültəsində təhsil alan Saleh Salehov, üçüncü yeri isə ADA-nın Biznesin idarə olunması fakültəsində təhsil alan Kəmalə Əfəndiyeva tutub. Müsabiqənin qalibləri pul mükafatları və müvafiq sertifikatlarla təltif olunublar.

Tədbirdə iştirak edən tələbələr keçdikləri təcrübənin onların karyerasında böyük rol oynayacağını qeyd edərək yaradılan bu imkana görə "AzerGold” QSC-yə öz minnətdarlıqlarını bildiriblər. Öz növbəsində, "AzerGold” QSC-nin mütəxəssisləri tələbələrin peşə biliklərini və təcrübə zamanı davranışlarını yüksək qiymətləndirərək onlara gələcək əmək fəaliyyətlərində uğurlar arzu ediblər. "AzerGold” QSC əlvan metal sənayesinin davamlı və dayanıqlı inkişafını təmin etmək üçün kadr potensialının möhkəmləndirilməsinə böyük önəm verir. Bu məqsədlə həyata keçirilən tədbirlər çərçivəsində cəmiyyət Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti və ADA ilə geniş əməkdaşlıq edir. Qurulan əməkdaşlıq çərçivəsində artıq 60 tələbə "AzerGold” QSC-də istehsalat təcrübəsi keçib.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video