Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

23:15 11 Dekabr 2018
ONLINE XƏBƏR LENTİ
18:20 11.12.2018 İrlandiyada vergi sistemi
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV "Telefonunla yox, mənimlə oyna"
"Telefonunla yox, mənimlə oyna"
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:26 07.10.2018

Övladlar valideynlərindən şikayətçidir, psixoloqlar da həyəcan təbili çalırlar


"Atam evə gələn kimi yemək yeyib oturur divanda, başlayır telefonla məşğul olmağa. Elə anam da onun kimi. İşlərini bitirəndən sonra telefona sarılırlar. Onların həmişə telefonla vaxt keçirmələrini xoşlamıram. Bəs mən kiminlə oynayım?! Axı mən də onlarla oynamaq istəyirəm...”
Bu sözləri qonşuluqda yaşayan 6 yaşlı Nihat Əliyev deyir. Evdə ona az diqqət ayrılmasından şikayətlənən bu balaca əslində, ölkəmizdəki minlərlə həmyaşıdının fikirlərini ifadə edir.


Qlobal problemə çevrilən telefon aludəliyi


Ancaq görünən odur ki, bu problemin miqyası sərhədləri çoxdan aşıb və indi qlobal səciyyə daşıyır. Belə ki, bu yaxınlarda Almaniyanın Hamburq şəhərində uşaqlar valideynlərinə etiraz aksiyası təşkil ediblər. 7 yaşlı Emil Rustigenin dəvəti ilə Feld küçəsində bir yerə toplaşan uşaqlar valideynləri ilə birlikdə bələdiyyəyə qədər yürüş ediblər. Əllərində isə ana-atalarına xəbərdarlıq kimi yönəlmiş "Mənimlə oyna, mobil telefonunla deyil” plakatları olub.
Valideynlərin mobil telefon aludəliyi səbəbindən uşaqlarına vaxt ayırmadıqlarına diqqət çəkmək məqsədilə təşkil edilən bu yürüş internet resursları və sosial şəbəkələr vasitəsilə geniş yayılaraq dünyanın çox ölkəsində dəstək qazanıb.


Oğlum telefonla məşğul olmağımı sevmir


Bu problemin mahiyyətini əslində valideynlər də dərk edirlər. İki yaşlı oğul anası Səma Mustafayeva da evdə bacardığı qədər telefondan uzaq olub övladına diqqət ayırmağa üstünlük verdiyini deyir: "İşdən sonra vacib olmayanda telefonu əlimə almıram. Çünki oğlum telefonla məşğul olmağımı sevmir. Telefon beş dəqiqədən artıq əlimdə olanda dərhal götürüb kənara qoyur. İşdən sonra əsasən oğlumla məşğul oluram. Əsasən həyətdə oynayırıq. Onun üçün telefona maraqlı oyunlar yükləməmişəm. Bir dəfə olsun telefonda cizgi filmi izləməsinə imkan verməmişəm. Düşünürəm ki, hər bir valideynin borcu telefona sərf etdiyi zamanı övladı ilə keçirməkdir. Uşaq valideyni ilə ünsiyyətdən doyanda yatmağa da könüllü gedir. Bu ünsiyyət az olanda uşaq aqressiv və nadinc olur”.


Uşaqlar özlərini tərk edilmiş, tənha hiss edirlər


Unutmayaq ki, valideynlər də uşaqları kimi, bəlkə də onlardan daha artıq smartfon və planşet cazibəsinə tabedirlər. Diqqət doğuran bu məsələ ilə bağlı ABŞ-da maraqlı bir araşdırma aparılıb. Tədqiqata qatılan 13-17 yaş arası minə yaxın uşaqdan təxminən 33 faizə qədəri valideynlərinin öz mobil vasitələrindən imtina edib onlara diqqət ayırmalarını arzu etdiklərini dilə gətirib. Nəticələr göstərir ki, texnoloji vasitələr sosial qarşılıqlı əlaqələrə təsir edir və çox vaxt uşağın davranışında problemlər yaranır. Valideynin telefonu ilə daha çox zaman keçirməsi nəticəsində uşaqlar onlara diqqət, qayğı göstərilmədiyini düşünür, özlərini tərk edilmiş, tənha hiss edirlər. Araşdırma göstərir ki, əgər valideyn uşağına göz təmasına girib cavab vermirsə, bu halda uşaq fiziki və hormonal stresli halda reaksiya vermiş olur.


Telefonu yox, övladınızı seçin


Valideynlərin sosial şəbəkələrdə, telefonla daha çox vaxt keçirməsinin həddindən artıq mənfi təsirlərinin olduğunu təsdiqləyən "Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin psixoloqu Anara Quliyeva deyir ki, uşaq psixologiyası ağ vərəqdir və ora necə yazmağı başladınsa, proses o cür də davam edəcək.
Psixoloqun sözlərinə görə, uşağın ümumi inkişaf dövrləri var və hər birinə uyğun tələbatlar mövcuddur: "Həmin tələbatları ödəməlisən ki, uşaq hər cəhətdən sağlam böyüsün. Uşaq dünyaya göz açanda ilk təməl duyğusu emosional ünsiyyət olur. İstəyir ki, valideyn onu əzizləsin, sığallasın, güvən versin”.
Valideynlər uşağın başı qarışan kimi tez telefonla vaxt keçirməyə çalışırlar. Bunun uşaq üzərində təsiri olmadığını düşünürlər. Uşaqlar valideyn diqqəti görməyəndə yaxşı davranmırlar. Valideynin isə bu vəziyyətdə telefona daha çox yönəlməsi onun daha da pis davranış sərgiləməsinə səbəb olur. Mobil telefon və digər rəqəmsal texnoloji vasitələr uşaq-valideyn əlaqələrində mənfi təsirlərə gətirib çıxarır ki, bu da uşağın inkişafı və sağlamlığında əhəmiyyətli dərəcədə təzahür edir. Belə ki, uşaqlar hiperaktiv, asanlıqla əsəbiləşən və içində çox qəzəbi olan biri kimi yetişirlər.
Psixoloq isə xatırladır ki, uşaq oynayanda, yeyəndə belə valideynin nə etdiyinə diqqət yetirir və şəxsiyyət kimi formalaşma prosesində valideynin davranışını mənimsəyir. Uşaq mütəmadi olaraq valideynlə ünsiyyətdədir, ona nələrsə göstərməyə çalışır, amma valideyn sürətli olaraq nə iləsə məşğuldur. Bunun mənfi nəticələri olur.


Mürəkkəb problemin sadə həlli var


Uşaq görür ki, özbaşına yatır, özbaşına yemək yeyir, özbaşına oynayır. Nəticədə bütün bunlar onda valideynlərə qarşı aqressiya yaradır. Uşaq yetərincə diqqət görmədikdə valideynin xoşuna gəlməyən hərəkəti etməyə meyilli olur. Uşağın sualına cavab verilməsə, oyun oynayanda tək qalırsa, o halda valideynin hər tapşırığına mənfi reaksiya verəcək. Hətta yeməkdən imtina edəcək. Nəticədə, uşaqda davranış pozuntusu ortaya çıxacaq və getdikcə bu, xarakter kimi formalaşmağa başlayacaq. Uşaq gördüyü işi yarımçıq qoyacaq, tapşırıqlara əməl etməyəcək, normal gündəlik qayğılarından uzaqlaşacaq.
Psixoloq Anara Quliyevanın fikrincə, qarşılıqlı anlaşılmazlıq uşağın davranış pozuntusuna gətirib çıxarır: "Bəzən valideynlər rahatlıq tapmaq baxımından uşağı telefona yönəldir. Araşdırmalara görə, 4-13 yaşlarındakı uşaqların yüzdə əllisinin öz mobil telefonu var. Bu isə uşaqda hətta zəka problemlərinə yol açır. Ümumiyyətlə, telefon istifadəsi insan psixologiyasına mənfi təsir edir. Bu səbəbdən də yuxuya getməzdən iki saat əvvəl telefon istifadəsini dayandırmaq lazımdır. Telefona baxıb sonra yatmağa çalışsaq, əslində, beynimiz yatmış olmur və səhər saat 7-də oyananda beynimizin yuxu ehtiyatı iki saat yarımçıq qalır. Nəticədə, insan özünü yorğun, əzgin hiss edir. Belə valideynlər də övladlarına qarşı aqressiv davranır. Bu cür problemlər zəncirvarı şəkildə özünü göstərməyə başlayır”.
Bu bir həqiqətdir ki, müasir e-lektrotexnologiyanın davamlı inkişafı insanlarda böyük maraq yaradır və bu da kütləvi xarakter aldıqda hansısa problemlərə yol açmış olur. Acı həqiqət olsa da, etiraf etməliyik ki, telefon aludəliyi ilə bağlı problemlərlə qarşıdakı dövrdə hələ daha geniş miqyasda rastlaşacağıq.
Bu problem nə qədər mürəkkəb olsa da, həlli çox sadədir: telefonla yox, övladınızla vaxt keçirin...

Fərizə ƏHMƏDOVA,
"Azərbaycan”

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM