Alternative content

05:21 23 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Azercell”in Barama Mərkəzi “Gələcəyi qur” layihəsində məktəblilərə dəstək oldu
“Azercell”in Barama Mərkəzi “Gələcəyi qur” layihəsində məktəblilərə dəstək oldu
ANA SƏHİFƏ / ELANLAR
00:12 07.10.2018


"Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ölkəmizdə təhsilin inkişafına və gənclərin uğurlu karyera qurmasına dəstək məqsədilə həyata keçirilən layihə və tədbirlərdə fəal iştirakını davam etdirir. Mərkəz bu dəfə "Chevron Xəzər” LTD-nin maliyyə dəstəyi və "Junior Achievement Azerbaijan”ın təşkilatçılığı ilə həyata keçirilən "Gələcəyi qur: məktəblərdə karyeranın planlaşdırılması və inkişafı” layihəsində tərəfdaş kimi çıxış edir. Yuxarı sinif şagirdlərini müasir əmək bazarının tələbləri, müxtəlif peşələr və iş dünyası ilə tanış edərək onlara öz bacarıq və maraqlarına uyğun ixtisas seçimində və gələcək karyeralarını rasional şəkildə müəyyənləşdirməkdə yol göstərmək məqsədi daşıyan layihə çərçivəsində məktəblilər Barama Mərkəzində qonaq olublar. 30 şagirdin iştirakı ilə keçirilən görüşdə məktəblilər Barama İnnovasiya Sahibkarlıq Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Mərkəzin əməkdaşları indiyə qədər startap və gənclərlə həyata keçirilən layihələr haqqında məlumat veriblər. Eyni zamanda uğurlu karyeranın mümkünlüyündən, yaranmaqda olan yeni ixtisaslar, peşə təliminin vacibliyi, iş etikası və iş yerindəki dəyərlər haqqında, müasir əmək bazarında innovasiyaların rolundan danışıblar. Görüşün sonunda mərkəz əməkdaşları tərəfindən məktəbliləri maraqlandıran suallar da cavablandırılıb. Qeyd edək ki, 2015-ci ildən başlayaraq Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən bu layihə bugünə kimi Bakıda yerləşən ümumtəhsil müəssisələrindən yüzlərlə şagirdi "Məqsədli Karyera” təlim proqramına cəlb edib.

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM